Məhkəmə qərarları › İş №e-2(030)-221/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-221/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-221/2024 01.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 fevral 2023-cü il tarixli 03501495 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG” markalı paltaryuyan üçün 1367 manat borc və ödənilmiş 33.67 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2023-cü tarixli 03501495 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 69.01 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG” markalı paltaryuyanı 1242.18 manata satın almışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehin MMC-yə 06 fevral 2023-cü tarixli 03501495 nömrəli “Müqavilə” üzrə 1242.18 manat ödənilməmiş hissə və 124.82 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 06 fevral 2023-cü tarixli 03501495 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2023-cü il tarixli 03501495 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 69.01 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1242.18 manat olan 1 ədəd “SAMSUNG” markalı paltaryuyanı və 1 ədəd “SAMSUNG WW80AAS21AE/LP” markalı paltaryuyan Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 18 yanvar 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06 fevral 2023-cü il tarixli 03501495 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG” markalı paltaryuyan üçün 1242.18 manat ödənilməmiş hissə və 124.82 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 22 yanvar 2024-cü il tarixli **********06 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 06 fevral 2023-cü il tarixli 03501495 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG” markalı paltaryuyanı 1242.18 manata satın almışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehin MMC-yə 06 fevral 2023-cü il tarixli 03501495 nömrəli “Müqavilə” üzrə 1242.18 manat ödənilməmiş hissə və 124.82 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 06 fevral 2023-cü il tarixli 03501495 nömrəli müqavilə üzrə hesablanmış 124.82 manat məbləğində cərimə azaldılaraq 1.82 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 fevral 2023-cü il tarixli 03501495 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG” markalı paltaryuyan üçün 1244 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 fevral 2023-cü il tarixli 03501495 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG” markalı paltaryuyan üçün 1244 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar