Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-223/2024 15.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A23” markalı mobil telefon üçün 359 manat və 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X1 11” markalı mobil telefon üçün 487 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 55.32 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A23” markalı mobil telefonu 704.94 manata satın almışdır. 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 47.11 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “X1 11” markalı mobil telefonu 881.98 manata satın almışdır. Cavabdehin MMC-yə 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli “Müqavilə” üzrə 326.92 manat ödənilməmiş hissə, 32.08 manat cərimə borcu və 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli “Müqavilə” üzrə 442.62 manat ödənilməmiş hissə və 44.38 manat cərimə borcu olmaqla, ümumilikdə 846 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 817.38 manat məbləğində ödəniş edilmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 55.32 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 704.94 manat olan 1 ədəd “SAMSUNG GALAXY A23” markalı mobil telefonu satın almış və 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********93044 olan “SAMSUNG GALAXY A23 DS SM-A235 128GB BLACK” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 47.11 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 881.98 manat olan 1 ədəd “X1 11 6GB/128GB Twilight Blue” markalı mobil telefonu satın almış və 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli müqaviləyə əsasən 1 ədə İMEİ Kodu **********19387 olan “X1 11” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 22 yanvar 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A23” markalı mobil telefon üçün 326.92 manat ödənilməmiş hissə və 32.08 manat cərimə borcu, 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X1 11” markalı mobil telefon üçün 442.62 manat ödənilməmiş hissə və 44.38 manat cərimə borcu olmaqla, ümumilikdə isə 846manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 23 yanvar 2024-cü il tarixli **********21 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A23” markalı mobil telefonu 704.94 manata və 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X1 11 markalı mobil telefonu 881.98 manata satın almışdır. Cavabdehin MMC-yə 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli “Müqavilə” üzrə 326.92 manat ödənilməmiş hissə və 32.08 manat cərimə borcu, 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli “Müqavilə” üzrə 442.62 manat ödənilməmiş hissə və 44.38 manat cərimə borcu olmaqla, ümumilikdə 846 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 817.38 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli müqavilə üzrə hesablanmış 32.08 manat məbləğində cərimə azaldılaraq 1.08 manat, 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli müqavilə üzrə hesablanmış 44.38 manat məbləğində cərimə azaldılaraq 1.38 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli müqavilə üzrə 328 manat və 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli müqavilə üzrə 444 manat, ümumilikdə 772 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 dekabr 2022-ci il tarixli 03512382 nömrəli müqavilə üzrə 328 manat, 22 sentyabr 2022-ci il tarixli 03351916 nömrəli müqavilə üzrə 772 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-223/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-223/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver