Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-227/2025 15.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A35 5G” markalı mobil telefon, ”Samsung Galaxy 35W” markalı şarj aləti və 09 yanvar 2024-cü il tarixli 02646813 ömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A35 5G” markalı mobil telefon, ”Samsung Galaxy 35W” markalı şarj aləti üçün 2155.53 manat borc və ödənilmiş 41.56 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 07 mart 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin, cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 88.25 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A35 5G” markalı mobil telefon, ”Samsung Galaxy 35W” markalı şarj alətini 1059 manata satın almışdır. 09 yanvar 2024cü il tarixli 02646813 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 70.67 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A35 5G” markalı mobil telefon, ”Samsung Galaxy 35W” markalı şarj aləti 1272.06 manata satın almışdır. Cavabdehin MMC-yə 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli “Müqavilə” üzrə 1146.21 manat ödənilməmiş hissə, 264.51 manat cərimə borcu və 09 yanvar 2024-cü il tarixli 02646813 nömrəli “Müqavilə” üzrə 776.40 manat ödənilməmiş hissə, 232.92 manat cərimə borcu olmaqla, ümumilikdə 2155.53 manat məbləğində borcu yaranmışdır.Cavabdrhin cəmi ödədiyi məbləğ 672.96 manat təşkil edir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 88.25 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 1059 manat olan 1 ədəd “Samsung Galaxy A35 5G” markalı mobil telefon, ”Samsung Galaxy 35W” markalı şarj alətini satın almış və 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Koud **********6552 olan “Samsung Galaxy A35 5G (SM-A356) 8/526GB Dark Blue” markalı mobil telefon, ”Samsung Galaxy 35W black” markalı şarj aləti Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 09 yanvar 2024-cü il tarixli 02646813 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09 yanvar 2024-cü il tarixli 02646813 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 70.67 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 1272.06 manat olan 1 ədəd “Samsung Galaxy A35 5G” markalı mobil telefon, ”Samsung Galaxy 35W” markalı şarj alətini satın almış və 09 yanvar 2024-cü il tarixli 02646813 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********56612 olan “Samsung Galaxy A35 5G (SM-A546) 6GB/128GB Black” markalı mobil telefon, ”Samsung Galaxy 35W Black” markalı şarj aləti Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 19 fevral 2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A35 5G” markalı mobil telefon, ”Samsung Galaxy 35W” markalı şarj aləti üçün 881.70 manat ödənilməmiş hissə, 264.51 manat cərimə borcu və 09 yanvar 2024-cü il tarixli 02646813 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A35 5G” markalı mobil telefon, ”Samsung Galaxy 35W” markalı şarj aləti üçün 776.40 manat ödənilməmiş hissə və 232.92 manat cərimə borcu olmaqla, ümumilikdə isə 2155.53 manat məbləğində borcu vardır. 22 fevral 2025-ci il tarixli 73197663 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 41.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A35 5G” markalı mobil telefon, ”Samsung Galaxy 35W” markalı şarj alətini 1059 manata və 09 yanvar 2024-cü il tarixli 02646813 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A35 5G” markalı mobil telefon, ”Samsung Galaxy 35W” markalı şarj alətini 1272.06 manata satın almışdır. Cavabdehin MMC-yə 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli “Müqavilə” üzrə 881.70 manat ödənilməmiş hissə, 264.51 manat cərimə borcu və 09 yanvar 2024-cü il tarixli 02646813 nömrəli “Müqavilə” üzrə 776.40 manat ödənilməmiş hissə və 232.92 manat cərimə borcu olmaqla, ümumilikdə 2155.53 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 672.96 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli müqavilə üzrə hesablanmış 264.51 manat məbləğində cərimə azaldılaraq 90 manat məbləğində, 09 yanvar 2024-cü il tarixli 02646813 nömrəli müqavilə üzrə hesablanmış 232.92 manat məbləğində cərimə azaldılaraq 80 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli “Müqavilə” üzrə 881.70 manat ödənilməmiş hissə, 90 manat cərimə borcu və 09 yanvar 2024-cü il tarixli 02646813 nömrəli “Müqavilə” üzrə 776.40 manat ödənilməmiş hissə və 80 manat cərimə borcu olmaqla, ümumilikdə 1828.10 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 41.56 manat məbləğində dövlət rüsumunun 38.28 manatı tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 iyul 2024-cü il tarixli 01441689 nömrəli “Müqavilə” üzrə 881.70 manat ödənilməmiş hissə, 90 manat cərimə borcu və 09 yanvar 2024-cü il tarixli 02646813 nömrəli “Müqavilə” üzrə 776.40 manat ödənilməmiş hissə və 80 manat cərimə borcu olmaqla, ümumilikdə 1828.10 manat manat pul vəsaiti və ödənilmiş 38.28 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-227/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-227/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver