Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-238/2024 15.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli qızı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “GRANİT SET” markalı qazan dəsti üçün 374.04 manat və 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Bosch” markalı kondisioner üçün 2441 manat borc və ödənilmiş 44.64 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 20.78 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “GRANİT SET” markalı qazan dəstini 374.04 manata satın almışdır. 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 123.33 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Bosch” markalı kondisioneri 2219.94 manata satın almışdır. Cavabdehin MMC-yə 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli “Müqavilə” üzrə 20.62 manat ödənilməmiş hissə, 2.38 manat cərimə borcu və 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli “Müqavilə” üzrə 2219.94 manat ödənilməmiş hissə və 221.06 manat cərimə borcu olmaqla, ümumilikdə 2464 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 353.42 manat məbləğində ödəniş edilmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 20.78 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 374.04 manat olan 1 ədəd “GRANİT SET” markalı qazan dəstini satın almış və 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli müqaviləyə əsasən “GRANİT X1 11 psc gri” markalı kondisioner Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 123.33 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 2219.94 manat olan 1 ədəd “Bosch” markalı kondisioneri satın almış və 07 iyun 2022ci il tarixli 11231402 nömrəli müqaviləyə əsasən 1 ədəd “Bosch B1ZM124505” markalı kondisioneri Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 29 yanvar 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “GRANİT SET” markalı qazan dəsti üçün 20.62 manat ödənilməmiş hissə və 2.38 manat cərimə borcu, 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Bosch” markalı kondisioner üçün 2219.94 manat ödənilməmiş hissə və 221.06 manat cərimə borcu olmaqla, ümumilikdə isə 2464 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 30 yanvar 2024-cü il tarixli **********93 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 44.64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli müqaviləyə əsasən 1 ədəd “GRANİT SET” markalı qazan dəstini 376.04 manata və 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Bosch markalı kondisioneri 2219.94 manata satın almışdır. Cavabdehin MMC-yə 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli “Müqavilə” üzrə 20.62 manat ödənilməmiş hissə və 2.38 manat cərimə borcu, 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli “Müqavilə” üzrə 2219.94 manat ödənilməmiş hissə və 221.06 manat cərimə borcu olmaqla, ümumilikdə 2464 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 353.42 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli müqavilə üzrə hesablanmış 2.38 manat məbləğində cərimə azaldılaraq 0.38 manat, 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli müqavilə üzrə hesablanmış 221.06 manat məbləğində cərimə azaldılaraq 1.06 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli müqavilə üzrə 21 manat və 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli müqavilə üzrə 2221 manat, ümumilikdə 2242 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 44.64 manat məbləğində dövlət rüsumunun 40 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 aprel 2022-ci il tarixli 04291058 nömrəli müqavilə üzrə 21 manat, 07 iyun 2022-ci il tarixli 11231402 nömrəli müqavilə üzrə 2221 manat borcun və ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-238/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-238/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver