Məhkəmə qərarları › İş №e-2(030)-239/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-239/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-239/2024 15.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 aprel 2023-cü il tarixli 03543411 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon üçün 694 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2023-cü tarixli 03543411 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 42.06 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonu 757.08 manata satın almışdır. Cavabdeh tərəfindən 126.37 manaat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 22 aprel 2023-cü tarixli 03543411 nömrəli “Müqavilə” üzrə 630.71 manat ödənilməmiş hissə və 63.29 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 22 aprel 2023-cü tarixli 03543411 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2023-cü il tarixli 03543411 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 42.06 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1135.80 manat olan 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonu və 1 ədəd İMEİ Kodu **********18689 olan 1ədəd “XİAOMİ REDMİ NOTE 11 4GB/128GB Twilgiht Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 23 yanvar 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22 aprel 2023-cü il tarixli 03543411 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon üçün 630.71 manat ödənilməmiş hissə və 63.29 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 31 yanvar 2024-cü il tarixli **********82 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 22 aprel 2023-cü il tarixli 03543411 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefonu 757.08 manata satın almışdır. Cavabdeh tərəfindən 126.37 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 22 aprel 2023-cü il tarixli 03543411 nömrəli “Müqavilə” üzrə 630.71 manat ödənilməmiş hissə və 63.29 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 22 aprel 2023-cü il tarixli 03543411 nömrəli müqavilə üzrə hesablanmış 63.29 manat məbləğində cərimə azaldılaraq 3.29 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 aprel 2023-cü il tarixli 03543411 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon üçün 634 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 aprel 2023-cü il tarixli 03543411 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ REDMİ NOTE 11” markalı mobil telefon üçün 634 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar