Məhkəmə qərarları › İş №e-2(030)-240/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-240/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-240/2024 15.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 dekabr 2022-ci tarixli 16401740 nömrəli “Müqaviləyə” əsasən “HUAWEİ Y6P” markalı mobil telefon üçün 256 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2022-ci tarixli 16401740 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 39.33 manat ödəməklə 12 ay müddətinə “HUAWEİ Y6P” markalı mobil telefonu 471.96 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 239.40 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 27 dekabr 2022-ci tarixli 16401740 nömrəli “Müqavilə” üzrə 232.56 manat ödənilməmiş hissə və 23.44 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 27 dekabr 2022-ci tarixli 16401740 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2022-ci tarixli 16401740 nömrəli “Müqavilə”yə əsasən “HUAWEİ Y6P” markalı mobil telefonu satın almış, 27 dekabr 2022-ci tarixli 16401740 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********12481 olan “HUAWEİ Y6P 3/64GB Violet” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 01 fevral 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 dekabr 2022-ci tarixli 16401740 nömrəli “Müqaviləyə” əsasən “HUAWEİ Y6P” markalı mobil telefon üçün 232.56 manat ödənilməmiş hissə və 23.44 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 02 fevral 2023-cü il tarixli **********23 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 27 dekabr 2022-ci il tarixli 16401740 nömrəli müqaviləyə əsasən “HUAWEİ Y6P” markalı mobil telefonu 471.96 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 239.40 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 27 dekabr 2022-ci il tarixli 16401740 nömrəli müqavilə üzrə hesablanmış 23.44 manat məbləğində cərimə azaldılaraq 1.44 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27 dekabr 2022-ci il tarixli 16401740 nömrəli müqaviləyə əsasən “HUAWEİ Y6P” markalı mobil telefon üçün 234 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 dekabr 2022-ci il tarixli 16401740 nömrəli müqaviləyə əsasən “HUAWEİ Y6P” markalı mobil telefon üçün 234 manat borcu və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar