Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-243/2024 15.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ 12” markalı mobil telefon və 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ 12” markalı mobil telefon üçün 1382 manat borc və ödənilmiş 33.82 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 52.34 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “XİAOMİ REDMİ 12” markalı mobil telefonu 628.08 manata satın almışdır. 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 52.34 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “XİAOMİ REDMİ 12” markalı mobil telefonu 628.08 manata satın almışdır. Cavabdehin MMC-yə 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli “Müqavilə” üzrə 628.08 manat ödənilməmiş hissə, 62.92 manat cərimə borcu və 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli “Müqavilə” üzrə 628.08 manat ödənilməmiş hissə, 62.92 manat cərimə borcu olmaqla, ümumilikdə 1382 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 52.34 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 628.08 manat olan 1 ədəd “XİAOMİ REDMİ 12” markalı mobil telefonu satın almış və 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********01449 olan “XİAOMİ REDMİ 12 4/128GB Sky Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 52.34 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 628.08 manat olan 1 ədəd “XİAOMİ REDMİ 12” markalı mobil telefonu satın almış və 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********62946 olan “XİAOMİ REDMİ 12 4/128GB Sky Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 fevral 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ 12” markalı mobil telefon üçün 628.08 manat ödənilməmiş hissə və 62.92 manat cərimə borcu, 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ 12” markalı mobil telefon üçün 628.08 manat ödənilməmiş hissə və 62.92 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1382 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 07 fevral 2024-cü il tarixli **********87 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 33.82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli müqaviləyə əsasən 1 ədəd “XİAOMİ REDMİ 12” markalı mobil telefonu 628.08 manata və 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “XİAOMİ REDMİ 12” markalı mobil telefonu 628.08 manata satın almışdır. Cavabdehin MMC-yə 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli “Müqavilə” üzrə 628.08 manat ödənilməmiş hissə və 62.92 manat cərimə borcu, 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli “Müqavilə” üzrə 628.08 manat ödənilməmiş hissə və 62.92 manat cərimə borcu olmaqla, ümumilikdə 1382 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən heç bir məbləğdə ödəniş edilməmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli müqavilə üzrə hesablanmış 62.92 manat məbləğində cərimə azaldılaraq 0.92 manat, 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli müqavilə üzrə hesablanmış 62.92 manat məbləğində cərimə azaldılaraq 0.92 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli müqavilə üzrə 629 manat və 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli müqavilə üzrə 629 manat, ümumilikdə 1258 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 33.82 manat məbləğində dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09 avqust 2023-cü il tarixli 03033858 nömrəli müqavilə üzrə 629 manat, 09 avqust 2023-cü il tarixli 03033857 nömrəli müqavilə üzrə 629 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-243/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-243/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver