Məhkəmə qərarları › İş №e-2(030)-252/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-252/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-252/2024 29.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd “SAMSUNG” markalı mobil telefon,1 ədəd aksesuar və 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd “SAMSUNG” markalı paltaryuyan üçün 1303 manat borc və ödənilmiş 33.03 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 63 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG” markalı mobil telefon, 1 ədəd aksesuarı 1132.70 manata satın almışdır. 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 60 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG” markalı paltaryuyan 1079.90 manata satın almışdır. Cavabdehin MMC-yə 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 413.70 manat ödənilməmiş hissə, 62 manat cərimə borcu və 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 719.70 manat ödənilməmiş hissə və 107.90 manat cərimə borcu olmaqla, ümumilikdə 1303.30 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 620 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 62 manat, 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə isə 107.90 manat "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 63 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1132.70 manat olan 1 ədəd “SAMSUNG” markalı mobil telefon, 1 ədəd aksesuar satın almış və 25 dekabr 2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 1 ədəd “SAMSUNG A536 Black 128GB” markalı mobil telefon, X1 Samsung markalı aksesuar Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 noyabr 2022-ciil tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 60 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1079.90 manat olan 1 ədəd “SAMSUNG DW60M5052FS/TR” markalı paltaryuyanı satın almış və 25 dekabr 2022-ci İl tarixli ********* saylı müqaviləyə əsasən 1 ədəd “SAMSUNG” markalı paltaryuyan Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd “SAMSUNG” markalı mobil telefon, 1 ədəd aksesuar üçün 719.90 manat borc və 1079 manat cərimə borcu, 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd “SAMSUNG” markalı paltaryuyan üçün 413.70 manat borc və 620 manat cərimə borcu borcu vardır. İşə əlavə edilmiş 05 fevral 2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 33.03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 25 dekabr 2022-ci il tarixli ********* saylı müqaviləsinə əsasən 1 ədəd “SAMSUNG” markalı mobil telefonu 1132.70 manata və 25 dekabr 2022-ci il tarixli ********* saylı müqaviləsinə əsasən 1 ədəd “SAMSUNG” markalı paltaryuyanı 1079.90 manata satın almışdır. Cavabdehin MMC-yə 25 dekabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 413.70 manat ödənilməmiş hissə və 62 manat cərimə borcu, 25 dekabr 2022ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 719.70 manat ödənilməmiş hissə və 107.90 manat cərimə borcu olmaqla, ümumilikdə 1303.30 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 25 dekabr 2022-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 62 manat məbləğində cərimə azaldılaraq 2 manat, 25 dekabr 2022-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 107.90 manat məbləğində cərimə azaldılaraq 1.90 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 dekabr 2022-ci il tarixli ********* saylı müqavilə üzrə 415.70 manat və 25 dekabr 2022-ci il tarixli ********* saylı müqavilə üzrə 721.60 manat, ümumilikdə 1137.30 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 33.03 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 dekabr 2022-ci il tarixli ********* saylı müqavilə üzrə 415.70 manat, 25 dekabr 2022-ci il tarixli ********* saylı müqavilə üzrə 721.60 manat borcun və ödənilmiş 28 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar