Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-253/2024 29.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd “HONOR” markalı mobil telefon və aksesuarlar və 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd “Samsung” markalı mobil telefon və qazan dəsti üçün 1372.50 manat borc və ödənilmiş 33.72 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 83 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “HONOR” markalı mobil telefon və aksesuarları 993.90 manata satın almışdır. 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 62 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung” markalı mobil telefon və qazan dəsti 1112.30 manata satın almışdır. Cavabdehin MMC-yə 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 329.30 manat ödənilməmiş hissə, 49.30 manat cərimə borcu və 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 864.30 manat ödənilməmiş hissə və 129.60 manat cərimə borcu olmaqla, ümumilikdə 1372.50 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 493 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 49.30 manat, 21 iyun 2023-cü il tarixli 011448053saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə isə 129.30 manat "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 83 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 993.90 manat olan 1 ədəd “HONOR” markalı mobil telefon və aksesuarları satın almış və 21 iyun 2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********89266 olan “HONOR 30 8GB/256GB Black” markalı mobil telefon, PowerBank Mi Ultra 10000 mAh, modem TP-Link 2antena 300 Mbps markalı aksesuarlar Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 noyabr 2022-ciil tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 21 iyun 2023-cü il tarixli 011448053saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 62 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1112.30 manat olan 1 ədəd “Samsung A346” markalı mobil telefon və qazan dəstinı satın almış və 21 iyun 2023-cü İl tarixli ********* saylı müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********45729 olan “Samsung A346” markalı mobil telefon və XM X1 7 parca Granit qazan dəsti Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd “HONOR” markalı mobil telefon və aksesuarlar üçün 329.30 manat borc və 493 manat cərimə borcu, 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd “Samsung A346” markalı mobil telefon və qazan dəsti üçün 864.30 manat borc və 1296 manat cərimə borcu borcu vardır. İşə əlavə edilmiş 06 fevral 2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 33.72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 21 iyun 2023-cü il tarixli ********* saylı müqaviləsinə əsasən 1 ədəd “HONOR” markalı mobil telefon və aksesuarları 993.90 manata və 21 iyun 2023-cü il tarixli ********* saylı müqaviləsinə əsasən 1 ədəd “Samsung” markalı mobil telefon və qazan dəstini 1112.30 manata satın almışdır. Cavabdehin MMC-yə 01 noyabr 2022-ci il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 329.30 manat ödənilməmiş hissə və 49.30 manat cərimə borcu, 21 iyun 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 864.30 manat ödənilməmiş hissə və 129.60 manat cərimə borcu olmaqla, ümumilikdə 1372.50 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 01 noyabr 2022-ci il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 49.30 manat məbləğində cərimə azaldılaraq 1.30 manat, 21 iyun 2023-cü il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 129.60 manat məbləğində cərimə azaldılaraq 1.60 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 noyabr 2022-ci il tarixli ********* saylı müqavilə üzrə 330.60 manat və 21 iyun 2023-cü il tarixli 011448053saylı müqavilə üzrə 865.90 manat, ümumilikdə 1196.50 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 33.72 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 iyun 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 330.60 manat, 21 iyun 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 865.90 manat borcun və ödənilmiş 29 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-253/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-253/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver