Məhkəmə qərarları › İş №e-2(030)-254/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-254/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-254/2024 29.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A04S” markalı mobil telefon,2 ədəd şəffaf vinil və 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X1 11” markalı mobil telefon üçün 608 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 41.41 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A04S” markalı mobil telefonu və 2 ədəd şəffaf vinili 496.92 manata satın almışdır. 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 57.23 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X1 11” markalı mobil telefonu 736.76 manata satın almışdır. Cavabdehin MMC-yə 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli “Müqavilə” üzrə 326.92 manat ödənilməmiş hissə, 32.08 manat cərimə borcu və 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli “Müqavilə” üzrə 226.16 manat ödənilməmiş hissə, 22.84 manat cərimə borcu olmaqla, ümumilikdə 608 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 41.41 manat ödəməklə 12 ay müddətinə alqısatqı qiyməti 496.92 manat olan 1 ədəd “SAMSUNG GALAXY A04S” markalı mobil telefon,2 ədəd şəffaf vinili satın almış və 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********07016 olan “SAMSUNG GALAXY A04S 64GB Black (SM- A047)” markalı mobil telefon, 2 ədəd şəffaf vinil Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 57.23 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 736.76 manat olan 1 ədəd “X1 11” markalı mobil telefonu satın almış və 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********36768 olan “X1 11” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 fevral 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A04S” markalı mobil telefon, 2 ədəd Vinil üçün 326.92 manat ödənilməmiş hissə və 32.08 manat cərimə borcu, 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X1 11” markalı mobil telefon üçün 226.16 manat ödənilməmiş hissə və 22.84 manat cərimə borcu olmaqla, ümumilikdə isə 608 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 08 fevral 2024-cü il tarixli **********11 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A04S” markalı mobil telefon, 2 ədəd şəffaf Vinili 496.92 manata və 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X1 11” markalı mobil telefonu 736.76 manata satın almışdır. Cavabdehin MMC-yə 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli “Müqavilə” üzrə 326.92 manat ödənilməmiş hissə və 32.08 manat cərimə borcu, 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli “Müqavilə” üzrə 226.16 manat ödənilməmiş hissə və 22.84 manat cərimə borcu olmaqla, ümumilikdə 608 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 680.60 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli müqavilə üzrə hesablanmış 32.08 manat məbləğində cərimə azaldılaraq 1.08 manat, 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli müqavilə üzrə hesablanmış 22.84 manat məbləğində cərimə azaldılaraq 0.84 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli müqavilə üzrə 328 manat və 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli müqavilə üzrə 227 manat, ümumilikdə 555 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 avqust 2022-ci il tarixli 03643920 nömrəli müqavilə üzrə 328 manat, 20 avqust 2022-ci il tarixli 03642852 nömrəli müqavilə üzrə 227 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar