Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-264/2024 03.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 iyul 2022-ci il tarixli 03511483 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefon üçün 180 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2022-ci tarixli 03511483 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 27.25 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefonu 490.50 manata satın almışdır. Cavabdeh tərəfindən 327.20 manaat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 09 iyul 2022-ci tarixli 03511483 nömrəli “Müqavilə” üzrə 163.30 manat ödənilməmiş hissə və 16.70 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 09 iyul 2022-ci tarixli 03511483 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2022-ci il tarixli 03511483 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 27.25 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 490.50 manat olan 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefonu və 1 ədəd İMEİ Kodu **********54979 olan 1ədəd “SAMSUNG GALAXY A03 (SM-A035) 64GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 13 fevral 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09 iyul 2022-ci il tarixli 03511483 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefon üçün 163.30 manat ödənilməmiş hissə və 16.70 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 14 fevral 2024-cü il tarixli **********09 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 09 iyul 2022-ci il tarixli 03511483 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefonu 490.50 manata satın almışdır. Cavabdeh tərəfindən 327.20 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 09 iyul 2022-ci il tarixli 03511483 nömrəli “Müqavilə” üzrə 163.30 manat ödənilməmiş hissə və 16.70 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 09 iyul 2022-ci il tarixli 03511483 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefon üçün 180 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 09 iyul 2022-ci il tarixli 03511483 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefon üçün 180 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-264/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-264/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver