Məhkəmə qərarları › İş №e-2(030)-264/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-264/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-264/2025 16.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ümumilikdə hər iki hadisə üzrə 4407 manat məbləğində pul vəsaitinin və ödənilmiş 64 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 may 2023-ci il tarixdə Bakı şəhəri, R.Behbudov küçəsində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış “Honda İnsight minik” markalı, **- FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP5438356 №-li X11 protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 (sərxoş halda) və 327.2-ci maddələri (nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Honda İnsight minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4257 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən 4257 manat məbləğində sığorta ödənişi sığortalanmış zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün ödənilmişdir. Həmçinin, 08 may 2023-cü il tarixdə Bakı şəhəri Bəşir Səfəroğlu küçəsində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış “Hyundai Accent minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5725229 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələri (hadisə yerindən yayınmışdır) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Hyundai Accent minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 150 manat maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən 150 manat məbləğində sığorta ödənişi sığortalanmış zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixdən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən loto sistemi Vasitəsi ilə "xxxx" ASC-dən hər iki hadisə üzrə "xxxx" ASC-nin hesabına sığorta ödənişi tutulmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbahycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 12 iyun 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 “Hyundai Accent minik” markalı **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobili 11 ay 30 gün müddətinə 11 iyun 2023-cü il tarixədək idarə etmək üçün X5 adına etibarnamə vermişdir. İşə əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta haqqında şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze minik” markalı, **- RY-*** dövlət qeydiyyat nişanlı avtomobil 07 sentyabr 2022-ci il tarixli RXA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən 12 ay müddətinə sığortalanmışdır. Müqaviləyə əsasən sığorta məbləği əmlaka dəyən zərərə görə 5000 manat, bir fiziki şəxsin sağlamlığına görə dəyən zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə edilmiş yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı X11 10 may 2023-cü il tarixli AR ******* nömrəli protokolun surətindən görünür ki, 08 may 2023-cü il tarixdə saat 14:47 radələrində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qoqol küçəsində sağa B.Səfəroğlu küçəsinə dönərkən yolun sağında çəpinə dayanmış vəziyyətdə olan “Hyundai Accent minik” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşə əlavə edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlıaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 10 may 2023-cü il tarixli TP ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh 08 may 2023-cü il tarixdə saat 14:47 radələrində Bakı şəhəri Bəşir Səfəroğlu küçəsi ərazisində “Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün, yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşə əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 08 may 2023-cü il tarixdə saat 14:47 radələrində Bakı şəhərin Nəsimi rayonu B.Səfəroğlu küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs sürücü Cavabdeh, avtomaşının sahibi X1 məxsus “Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmuşdur. İşə əlavə edilmiş yol-nəqliyyat hadisənin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, 08 may 2023-cü il tarixdə saat 14:47 radələrində baş yol nəqliyyat hadisəsi zamanı zərər dəymiş “Hyundai Accent minik” markalı **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobil, zərərçəkən X7 olmuşdur. İşə əlavə edilmiş "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair 25 may 2023-cü il tarixli 188347 nömrəli hesabatdan görünür ki, “Hyundai Accent minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində ziyan dəymişdir. İşə əlavə edilmiş 07 iyun 2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, 10 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu B.Şəfəroğlu küçəsində zərərvuran "xxxx" ASC-də PXA********** nömrə ilə sığortalanmış Cavabdeh idarə etdiyi “Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobi ilə zərərçəkən "xxxx" ASC-də İ- MLC-PPA**********/22 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış X8 məxsus “Hyundai Accent minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" ASC tərəfindən dəymiş maddi zərərə görə 150 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşə əlavə edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarının istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında 10 may 2023-cü il tarixli İXP5438356 №-li protokolun surətindən görünür ki, 20 may 2023-cü il tarixdə saat 21:56 radələrində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze minik” markalı, **- RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşə əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 20 may 2023-cü il tarixdə saat 21:56 radələrində Bakı şəhəri R.Behbudov küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs sürücü Cavabdeh, avtomaşının sahibi X1 məxsus “Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmuşdur. İşə əlavə edilmiş yol-nəqliyyat hadisənin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, 20 may 2023-cü il tarixdə saat 21:56 radələrində baş yol nəqliyyat hadisəsi zamanı zərər dəymiş “Honda İnsight (HİBRİD) minik” markalı **-FM-*** dövlət qeydiyyat nömrəli avtomobil, zərərçəkən X6, avtomobilin mülkiyyətçisi X2 olmuşdur. İşə əlavə edilmiş 20 sentyabr 2023-cü il tarixli sığorta aktının surətindən görünür ki, 20 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsində zərərvuran "xxxx" ASC-də PXA********** nömrə ilə sığortalanmış Cavabdeh idarə etdiyi “Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobi ilə zərərçəkən "xxxx" ASC-də İ-MLC-PPA**********/23 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış X3 məxsus “Honda İnsight minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" ASC tərəfindən dəymiş maddi zərərə görə 4257 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-nin 27 may 2024-cü il tarixli 05/02-377 nömrəli məktubundan görünür ki, 20 may 2023-ci il tarixdə Bakı şəhəri, R.Behbudov küçəsində Şirkət tərəfində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəll sığörta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış "Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən İdarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası növü sığortalanmış “Honda İnsight minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasıtəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022-ci il 1 noyabr tarixindən sonra baş venniş siğorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə təyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" qaydasına və Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli qərarına və sığorta aktına əsasən zərərçəkmişə 4257 dörd min iki üz əlli eddi manat məbləğində pul vəsatti ödənilmişdir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-ci maddəsində sığortaçının hüquqlarından biri kimi siğorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Həmin Qanunun 25.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlaki (binanı, tikilini, avtonəqliyyat vasitəsını, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən dıgər maddələrdən istifadə olunması nəticəsində şərxoş vəziyyətdə iştişmar, etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi s ğorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Odur ki, yuxarıda qeyd olunanları və hadisə zamanı sizin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə İdirə etdiyinizi nəzərə alaraq 4257 (dörd min iki yüz əlli yeddi) manat məbləğində pul vəsaılının subroqasiya qaydasında "xxxx" ASC-nın aşağıda qeyd olunmuş bank hesabına və ya Milli Ön aparat arından (Xalq Bank/Hüquqi şəxslər/ Müştəri kodu:154830/ VÖEN.**********/ Cari heşaba mədaxil/ Təyinata ad, soyad və PXA********** yazmaqla) 7 (yeddi) iş günü ərzində könüllü ödəməyi təklif edilmiş, Əks təqdirdə qeyd olunan məbləğ məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərcləri də tutulacağı bildirilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, 20 may 2023-ci il tarixdə saat 21:56 radələrində radələrində Bakı şəhəri, R.Behbudov küçəsində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Honda İnsight minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP5438356 №-li X11 protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 və 327.2-ci maddələri (sərxoş halda) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Honda İnsight minik” markalı, **- FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4257 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən 4257 manat məbləğində sığorta ödənişi sığortalanmış zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün ödənilmişdir. Həmçinin, 08 may 2023-cü il tarixdə Bakı şəhəri Bəşir Səfəroğlu küçəsində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Chevrolet Cruze minik” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Hyundai Accent minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5725229 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələri (hadisə yerindən yayınmışdır) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Hyundai Accent minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 150 manat maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən 150 manat məbləğində sığorta ödənişi sığortalanmış zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün ödənilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 883.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4407 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş ödənilmiş 64 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4407 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 64 manat dövlət rüsumu olmaqla, cəmi 4471 (dörd min dörd yüz yetmiş bir manat məbləği tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar