Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-267/2025 13.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 iyun 2023-cü il tarixli 03543772 nömrəli müqaviləyə əsasən 1 ədəd “Oppo A57s” markalı mobil telefon,”Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı adaptr, paket XXL xidməti və 2 ədəd Ultra qızıl zəmanət xidməti üçün 528.60 manat ödənilməmiş hissə və 52.86 manat cərimə borcu olmaqla, cəmi 581.46 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 03 aprel 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2023-cü il tarixli 03543772 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 84.80 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Oppo A57s” markalı mobil telefon,”Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı adaptr, paket XXL xidməti və 2 ədəd Ultra qızıl zəmanət xidmətini 1581.90 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 1053.30 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə mobil telefon üçün 528.60 manat ödənilməmiş hissə və 52.86 manat cərimə borcu olmaqla, cəmi 581.46 manat borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 14 iyun 2023-cü il tarixli 03543772 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2023-cü il tarixli 03543772 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 84.80 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1581.90 manat olan 1 ədəd “Oppo A57s” markalı mobil telefon, ”Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı adaptr, paket XXL xidməti və 2 ədəd Ultra qızıl zəmanət xidmətini satış almış və 1 ədəd İmei Kodu **********55152 olan “Oppo A57s 4/128GB starry black” markalı mobil telefon, 1 ədəd İmei Kodu **********18208 olan ”Samsung Galaxy A24 (SM-A245) 6/128GB Black” markalı mobil telefon, “Samsung 25w white” markalı adaptr, paket XXL xidməti və 2 ədəd Ultra qızıl zəmanət xidməti Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 13 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1 ədəd “Oppo A57s” markalı mobil telefon, ”Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı adaptr, paket XXL xidməti və 2 ədəd Ultra qızıl zəmanət xidməti üçün 528.60 manat ödənilməmiş hissə və 52.86 manat cərimə borcu olmaqla, cəmi 581.46 manat borcu vardır. "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin 06 mart 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2023-cü il tarixli müqaviləyə əsasən “Oppo A57s” markalı mobil telefon, “Samsung” markalı mobil telefon və adaptr almışdır. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni ödənişdə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Odur ki, xəbərdalıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 14 mart 2025-ci il tarixli 73343934 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2023-cü il tarixli 03543772 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 84.80 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Oppo A57s” markalı mobil telefon, ”Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı adaptr, paket XXL xidməti və 2 ədəd Ultra qızıl zəmanət xidməti 1581.90 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 1053.30 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə mobil telefon üçün 528.60 manat ödənilməmiş hissə və 52.86 manat cərimə borcu olmaqla, cəmi 581.46 manat borc yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə görə, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14 iyun 2023-cü il tarixli 03543772 nömrəli müqavilə üzrə 1 ədəd “Oppo A57s” markalı mobil telefon, ”Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı adaptr, paket XXL xidməti və 2 ədəd Ultra qızıl zəmanət xidməti üçün 528.60 manat ödənilməmiş hissə, və 52.86 manat cərimə borcu olmaqla, cəmi 581.46 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14 iyun 2023-cü il tarixli 03543772 nömrəli müqavilə üzrə 1 ədəd “Oppo A57s” markalı mobil telefon, ”Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı adaptr, paket XXL xidməti və 2 ədəd Ultra qızıl zəmanət xidməti üçün 528.60 manat ödənilməmiş hissə və 52.86 manat cərimə borcu olmaqla, cəmi 581.46 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-267/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-267/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver