Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-268/2025 13.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 sentyabr 2024-cü il tarixli 11989584 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A15” və “Xiaomi Redmi 13” markalı mobil telefon,”Samsung” markalı adaptr,2 ədəd paket XL xidməti, 2 ədəd qızıl zəmat Ultra 3il xidməti və İnnovativ Lahiyələr mərkəzinə ödənilmiş 47.20 manat rüsüm, 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Toshiba” markalı televizor və zəmanət 3il xidməti, 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A15” markalı mobil telefon və İnnovativ Lahiyələr mərkəzinə ödənilmiş 23.60 manat rüsüm üçün 3018.43 manat borc və ödənilmiş 50.19 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 03 aprel 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 sentyabr 2024-cü il tarixli 11989584 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 73.71 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A15” və “Xiaomi Redmi 13” markalı mobil telefon,”Samsung” markalı adaptr,2 ədəd paket XL xidməti,2 ədəd qızıl zəmat Ultra 3il xidmətini 1346.78 manata satın almışdır. 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 50.72 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Toshiba” markalı televizor və zəmanət 3il xidməti 912.96 manata satın almışdır. 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 24.44 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A15” markalı mobil telefonu 449.92 manata satın almışdır. Cavabdehin MMC-yə 19 sentyabr 2024-cü il tarixli 11989584 nömrəli “Müqavilə” üzrə 1326.78 manat ödənilməmiş hissə, 132.68 manat cərimə borcu və İnnovativ Lahiyələr mərkəzinə ödənilmiş 47.20 manat rüsüm, 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqavilə” üzrə 912.26 manat ödənilməmiş hissə, 91.30 manat cərimə və 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli “Müqavilə” üzrə 439.92 manat ödənilməmiş hissə, 43.99 manat cərimə və və İnnovativ Lahiyələr mərkəzinə ödənilmiş 23.60 manat rüsüm borcu olmaqla, ümumilikdə 3018.43 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 19 sentyabr 2024-cü il tarixli 11989584 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 sentyabr 2024-cü il tarixli 11989584 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 73.71 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1346.78 manat olan 1 ədəd “Samsung Galaxy A15” və “Xiaomi Redmi 13” markalı mobil telefon,”Samsung” markalı adaptr, 2 ədəd paket XL xidməti,2 ədəd qızıl zəmat Ultra 3il xidmətini satın almış və 19 sentyabr 2024-cü il tarixli 11989584 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********21893 olan “Samsung Galaxy A15 (SM- A155) 6/128gb Light Blue”, 1 ədəd **********02346 olan “Xiaomi Redmi 13 6/128gb ocean blue” markalı mobil telefon, ”Samsung 25w compact charger” markalı adaptr, 2 ədəd paket XL xidməti, 2 ədəd qızıl zəmat Ultra 3il (Kontakt) xidməti Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 50.72 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 912.96 manat olan 1 ədəd “Toshiba” markalı televizor və 3 il zəmanət xidmətini satın almış və 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli müqaviləyə əsasən “Toshiba 43V35ME” markalı televizor və 3 il zəmanət xidməti Cavabdeh təhvil verilmiş, akt Cavabdeh tərəfindən də imzalanmışdır. 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 24.44 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 449.92 manat olan 1 ədəd “SAMSUNG GALAXY A15” markalı mobil telefonu satın almış və 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********22822 olan “SAMSUNG GALAXY A15 DS (SM-A155) 6/128GB Light Blue” markalı mobil telefon və şəffaf vinil Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 13 mart 2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A15” və “Xiaomi Redmi 13” markalı mobil telefon,”Samsung” markalı adaptr, 2 ədəd paket XL xidməti,2 ədəd qızıl zəmat Ultra 3il xidməti üçün 1326.78 manat ödənilməmiş hissə, 132.68 manat cərimə və İnnovativ Lahiyələr mərkəzinə ödənilmiş 47.20 manat rüsüm, 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Toshiba” markalı televizor üçün 912.96 manat ödənilməmiş hissə və 91.30 manat cərimə borcu, 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A15” markalı mobil telefon üçün 439.92 manat ödənilməmiş hissə, 43.99 manat cərimə və İnnovativ Lahiyələr mərkəzinə ödənilmiş 23.60 manat rüsüm olmaqla, ümumilikdə 3018.43 manat məbləğində borcu vardır. 13 mart 2025-ci il tarixli Arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İMEİ Kodu **********21893 olan “Samsung Galaxy 15” markalı mobil telefon, İMEİ Kodu **********02346 olan “Xiaomi Redmi13” və İMEİ Kodu **********22822 olan “Samsung Galaxy 15” açılıb-bağlabılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23.60 manat olmaqla, cəmi 70.80 manat pul ödənilmişdir. 14 mart 2025-ci il tarixli 73344391 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 50.19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 19 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A15” və “Xiaomi Redmi 13” markalı mobil telefon,”Samsung” markalı adaptr, 2 ədəd paket XL xidməti,2 ədəd qızıl zəmat Ultra 3il xidməti 1346.78 manata, 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Toshiba” markalı televizoru 912.96 manata və 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A15” markalı mobil telefonu 449.92 manata satın almışdır. Cavabdehin MMC-yə 19 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A15” və “Xiaomi Redmi 13” markalı mobil telefon,”Samsung” markalı adaptr, 2 ədəd paket XL xidməti,2 ədəd qızıl zəmat Ultra 3il xidməti üçün 1326.78 manat ödənilməmiş hissə, 132.68 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 manat rüsum, 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Toshiba” markalı televizor üçün 912.96 manat ödənilməmiş hissə və 91.30 manat cərimə borcu, 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A15” markalı mobil telefon üçün 439.92 manat ödənilməmiş hissə, 43.99 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum olmaqla, ümumilikdə 3018.43 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 30 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 19 sentyabr 2024-cü il tarixli 11989584 nömrəli “Müqavilə” üzrə 1326.78 manat ödənilməmiş hissə, 132.68 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 manat rüsum, 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqavilə” üzrə 912.96 manat ödənilməmiş hissə, 91.30 manat cərimə borcu və 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli “Müqavilə” üzrə 439.92 manat ödənilməmiş hissə, 43.99 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum olmaqla, ümumilikdə 3018.43 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50.19 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19 sentyabr 2024-cü il tarixli 11989584 nömrəli “Müqavilə” üzrə 1326.78 manat ödənilməmiş hissə, 132.68 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 manat rüsum, 10 sentyabr 2024-cü il tarixli 11228127 nömrəli “Müqavilə” üzrə 912.96 manat ödənilməmiş hissə, 91.30 manat cərimə borcu və 10 sentyabr 2024-cü il tarixli 09384097 nömrəli “Müqavilə” üzrə 439.92 manat ödənilməmiş hissə, 43.99 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum olmaqla, ümumilikdə 3018.43 manat pul vəsaitinin və ödənilmiş 50.19 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-268/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-268/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver