Məhkəmə qərarları › İş №e-2(030)-286/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-286/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-286/2025 22.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd “TCL 20B” markalı mobil telefon,İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum və 12 fevral 2023-cü il tarixli 09392301 ömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi A1+” markalı mobil telefon üçün 507.66 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 07 aprel 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin, cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 34 manat ödəməklə 18 ay müddətinə 2 ədəd “TCL 20B” markalı mobil telefonu 612 manata satın almışdır. 12 fevral 2023-cü il tarixli 09392301 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 16.40 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Xiaomi Redmi A1+” markalı mobil telefonu 295.20 manata satın almışdır. Cavabdehin MMC-yə 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli “Müqavilə” üzrə 388.40 manat ödənilməmiş hissə, 38.84 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 manat rüsum və 12 fevral 2023cü il tarixli 09392301 nömrəli “Müqavilə” üzrə 30.20 manat ödənilməmiş hissə, 3.02 manat cərimə borcu olmaqla, ümumilikdə 507.66 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 34 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 612 manat olan 2 ədəd “TCL 20B” markalı mobil telefonu satın almış və 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********54141 olan “TCL 20B 6159K 4GB/64GB Mint green” markalı mobil telefon və 1 ədəd İmei Kodu **********60981 olan “TCL 20B 4GB/64GB Mint green” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 12 fevral 2023-cü il tarixli 09392301 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12 fevral 2023-cü il tarixli 09392301 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 16.40 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 295.20 manat olan 1 ədəd “Xiaomi Redmi A1+” satın almış və 12 fevral 2023-cü il tarixli 09392301 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********39178 olan “Xiaomi Redmi A1+ 2/32 Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 19 dekabr 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd “TCL 20B” markalı mobil telefon üçün 388.40 manat ödənilməmiş hissə, 38.84 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 manat rüsum və 12 fevral 2023-cü il tarixli 09392301 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi A1+” üçün 30.20 manat ödənilməmiş hissə və 3.02 manat cərimə borcu olmaqla, ümumilikdə isə 507.66 manat məbləğində borcu vardır. 07 mart 2025-ci il tarixli Arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İMEİ Kodu **********54141 və **********60981 olan “TCL 20B” markalı mobil telefonun açılıb-bağlabılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə hər biri 23.60 manat olmaqla, cəmi 47.20 manat rüsum ödənilmişdir. 05 dekabr 2024-cü il tarixli 70059083 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli müqaviləyə əsasən 2 ədəd “TCL 20B” markalı mobil telefonu 612 manata və 12 fevral 2023-cü il tarixli 09392301 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi A1+” markalı mobil telefonu 295.20 manata satın almışdır. Cavabdehin MMC-yə 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli “Müqavilə” üzrə 388.40 manat ödənilməmiş hissə, 38.84 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 manat rüsum və 12 fevral 2023cü il tarixli 09392301 nömrəli “Müqavilə” üzrə 30.20 manat ödənilməmiş hissə və 3.02 manat cərimə borcu olmaqla, ümumilikdə 507.66 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 488.60 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli “Müqavilə” üzrə 388.40 manat ödənilməmiş hissə, 38.84 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 manat rüsum və 12 fevral 2023-cü il tarixli 09392301 nömrəli “Müqavilə” üzrə 30.20 manat ödənilməmiş hissə və 3.02 manat cərimə borcu olmaqla, ümumilikdə 507.66 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 06 aprel 2024-cü il tarixli 09382714 nömrəli müqavilə üzrə 388.40 manat ödənilməmiş hissə, 38.84 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 47.20 manat rüsum, 12 fevral 2023-cü il tarixli 09392301 nömrəli müqavilə üzrə üzrə 30.20 manat ödənilməmiş hissə və 3.02 manat cərimə borcu olmaqla, ümumilikdə 507.66 manat manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar