Məhkəmə qərarları › İş №e-2(030)-291/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-291/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-291/2024 30.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) cavabdeh X4 qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Panasonic” markalı mikrodalğalı soba və 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X9 11” markalı mobil telefon üçün 1087 manat borc və ödənilmiş 30.87 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X4 14 mart 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 21.88 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Panasonic” markalı mikrodalğalı sobanı 393.84 manata satın almışdır. 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 56.08 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X9 11” markalı mobil telefonu 672.96 manata satın almışdır. Cavabdehin MMC-yə 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli “Müqavilə” üzrə 371.94 manat ödənilməmiş hissə, 37.06 manat cərimə borcu və 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli “Müqavilə” üzrə 616.86 manat ödənilməmiş hissə, 61.14 manat cərimə borcu olmaqla, ümumilikdə 1087 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 21.88 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 393.84 manat olan 1 ədəd “Panasonic” markalı mikrodalğalı sobanı satın almış və 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli müqaviləyə əsasən 1 ədəd “Panasonic NN- ST342MZPE” markalı mikrodalğalı soba X4 təhvil verilmiş, Bayramov Elnur tərəfindən akt imzalanmışdır. 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X5 arasında 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 56.08 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 672.96 manat olan 1 ədəd “X9 11” markalı mobil telefonu satın almış və 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********24268 olan “X9 11 6GB/128GB Twilight Blue” markalı mobil telefon X4 təhvil verilmiş, Bayramov Elnur tərəfindən akt imzalanmışdır. 26 fevral 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, X3 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Panasonic” markalı mikrodalğalı soba üçün 371.94 manat ödənilməmiş hissə və 37.06 manat cərimə borcu, 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X9 11” markalı mobil telefon üçün 616.86 manat ödənilməmiş hissə və 61.14 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1087 manat məbləğində borcu vardır. 27 fevral 2024-cü il tarixli **********94 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30.87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə X5 arasında 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli müqaviləyə əsasən 1 ədəd “Panasonic” markalı mikrodalğalı sobanı 393.84 manata və 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X9 11” markalı mobil telefonu 672.96 manata satın almışdır. Cavabdehin MMC-yə 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli “Müqavilə” üzrə 371.94 manat ödənilməmiş hissə və 37.06 manat cərimə borcu, 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli “Müqavilə” üzrə 616.86 manat ödənilməmiş hissə və 61.14 manat cərimə borcu olmaqla, ümumilikdə 1087 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 692.93 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli müqavilə üzrə hesablanmış 37.06 manat məbləğində cərimə azaldılaraq 10 manat cərimə manat, 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli müqavilə üzrə hesablanmış 61.14 manat məbləğində cərimə azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli müqavilə üzrə 381.94 manat borc manat və 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli müqavilə üzrə 626.86 manat, ümumilikdə 1008.80 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30.87 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 13 dekabr 2022-ci il tarixli 03382872 nömrəli müqavilə üzrə 371.94 manat əsas borc, 10 manat cərimə, 13 dekabr 2022-ci il tarixli 03382871 nömrəli müqavilə üzrə 616.86 manat əsas borc, 10 manat cərimə və ödənilmiş 30.87 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar