Məhkəmə qərarları › İş №e-2(030)-308/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-308/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-308/2025 02.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 may 2024-cü il tarixli AFLZ00-000182 saylı daxili lizinq müqaviləsinə əsasən 600.30 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 18 aprel 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında AFLZ00- 000182 saylı xx.xx.2024 tarixli 3200 AZN məbləğində daxili lizinq müqaviləsi bağlanmışdır. Lizinq obyektini parlaq ağ rəngli, “VAZ” markalı, “21074” model, 20AB391 dövlət qeydiyyat nömrə nişanlı, 2009-cü il istehsalı minik avtomobili təşkil etmişdir. Lakin Cavabdeh tərəfindən həmin daxili lizinq müqaviləsinin şərtləri pozularaq ödənişlər edilməmiş, lizinq obyekti olan minik avtomobili təşkilata dövri baxış üçün təqdim edilməmişdir. Hazırda həmin minik avtomobilinin yeri təşkilata məlum deyildir. Nəticədə "xxxx" QSC ilə Cavabdeh arasında AFLZ00-000182 saylı xx.xx.2024 tarixli 3200 AZN məbləğində daxili lizinq müqaviləsinə əsasən cavabdehin həmin müqavilə üzrə 2039.34 AZN əsas, 193.41 AZN faiz, 569.74 AZN dəbbə borcu olmaqla ümumilikdə 2802.49 AZN borcu yaranmışdır. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 22 may 2024-cü il tarixli AFLZ00-000182 nömrəli daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq alan Cavabdeh lizinq verən "xxxx" QSC-dən dəyəri 3200 manat olan lizinq obyektini 12 ay müddətinə öz mülkiyyətin almış və lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. 22 may 2024-cü il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, dəyəri 3200 manat olan 1 ədəd “VAZ 21074” markalı 20AB391 dövlət qeydiyyat nömrə nişanlı, 2009-cü il istehsalı minik avtomobil lizinq verən tərəfindən lizinq alan Cavabdeh təhvil verilmiş, lizinq alan həmin aktı öz imza ilə təsdiq etmişdir. 22 may 2024-cü il tarixli AFLZ00-000182 nömrəli Lizinq ödənişləri cədvəlinin surətindən görünür ki, Cavabdeh dəyəri 3200 manat olan lizinq obyektini 12 ay 340.97 manat ödəmək şərti ilə almışdır. 04 mart 2025-ci il tarixli “Maliyyə arayışın”ın surətindən görünür ki, Cavabdeh 22 may 2024-cü il tarixli AFLZ00-000182 saylı “Daxili lizinq müqaviləsi” üzrə "xxxx" QSC-yə 2039.34 manat əsas borc, 193.41 manat faiz və 569.74 manat dəbbə borcu vardır. 11 aprel 2025-ci il tarixli Pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 22 may 2024-cü il tarixli AFLZ00-000182 saylı Daxili lizinq müqaviləsi üzrə 2039.34 AZN əsas, 193.41 AZN faiz, 569.74 AZN dəbbə borcu olmaqla ümumilikdə 2802.49 manat məbləğində borcu olduğu bildirilmiş, həmin borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 12 aprel 2025-ci il tarixli 73702816 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" QSC tərəfindən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 22 may 2024-cü il tarixli AFLZ00-000182 nömrəli Daxili lizinq müqaviləsinə əsasən cavabdeh 3200 manat dəyərində olan lizinq obyektinin dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Cavabdeh tərəfindən ümumilikdə 1934 ödəniş edilməmişdir. Cavabdehin QSC-yə 22 may 2024-cü il tarixli AFLZ00-000182 nömrəli Daxili lizinq müqaviləsi üzrə 2039.34 AZN əsas, 193.41 AZN faiz, 569.74 AZN dəbbə borcu olmaqla ümumilikdə 2802.49 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-ci maddəsinə müvafiq olaraq, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Həmin Məcəllənin 747-2-ci maddəsinə görə, Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Həmin Məcəllənin 748-1.1-ci maddəsinə əsasən Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 22 may 2024-cü il tarixli AFLZ00-000182 nömrəli daxili lizinq müqaviləsi üzrə hesablanmış 569.74 manat məbləğində dəbbə borcu azaldılaraq 120 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 may 2024-cü il tarixli AFLZ00-000182 nömrəli lizinq müqaviləsinə əsasən 2039.34 manat əsas borc, 193.41 manat faiz və 120 manat dəbbə olmaqla, cəmi 2352.75 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun 43.53 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 may 2024-cü il tarixli AFLZ00-000182 nömrəli lizinq müqaviləsi üzrə 2039.34 manat əsas borc, 193.41 manat faiz və 120 manat dəbbə pulu olmaqla, cəmi 2352.75 manat pul vəsaiti və ödənilmiş 43.53 manat dövlət rüsumu tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar