Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-32/2025 29.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş 1 ədəd Stoka Rapid 1.6 MPİ markalı, 77PU920 qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinin cavabdehdən geri alınaraq İddiaçınə verilməsi və ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əldən şıxmış fayda olaraq 2460 manat əsas borc, 1560 manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin itifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 6379,63 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X5 tərəfindən tətbiq edilmiş və ödənilmiş 330 manat cərimə olmaqla, ümumilikdə 10729,63 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırımışdır ki, iddiaçı tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəbindən Avtomobil Alqısatqısına dair xx.xx.2022-ci il tarixli B-121-SA -22 saylı müqavilə müqaviləyə 2024-cü ilin iyul ayında xitam verilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə alqı-satqı predmeti olan nəqliyyat vasitəsini İddiaçı MMC-yə qaytarmaqdan imtına etmiş və avtomobili gizlətmişdir. Bununla əlaqədar mülkiyyətdə olan avtomobilin qanuni sahibliyə qaytarılması üçün məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nin iddia tələbi üzrə mülki iş Daşkəsən rayon məhkəməsində icraata götürüldükdən sonra xx.xx.02024-cü il tarixində Skoda Rapid 1.6 MPİ markalı, 77PU920 qeydiyyat nömrəli avtomobil X2 köməkliyi ilə qanuni sahibliyə geri qaytarılmışdır. Atomobilə baxış keçirildikdən sonra İddiaçı MMC-yə cavabdehin müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması səbəbindən dəymiş zərərlər müəyyən edilmişdir və bu səbəbdən iddianın dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə həm əldən çıxmış fayda Garaq 2460 AZN əsas borc, 1560 manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 6379.63 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X5 tərəfindən tətbiq edilmiş və bank tərəfindən ödənilmiş 330 manat cərimə olmaqla, ümumilikdə 10729.63 manat zərər dəymişdir. Tərəflər arasında imzalanan xx.xx.2022-ci il tarixli B-121-SA-22 saylı Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun daraq “Satıci”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Qeyd olunanlara əsasən, bank tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə və məhkəməyə müraciət edilmədən həllini tapması məqsədilə xx.xx.2024-cü il tarixindən ödənişləri uzun müddət gecikdirdiyinə və müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsinə görə müqaviləyə xitam veriləcəyi barədə cavabdehə xəbərdarlıq məktubu, sonradan xitam məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, eyni zamanda avtomobili qaytarmaqdanda boyun qaçırmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edib işə oların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 13 iyun 2022-ci il tarixli avtomobil alqı-satqısı üzrə B-121-SA-22 №li müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2022-ci il tarixli avtomobil alqı-satqısı üzrə B-121-SA-22 №-li müqavilənin 1-ci bəndinə əsasən. satıcı müqavilənin şərtlərinə uyğun olaraq, X4 1.6 MPİ, buraxılış ii 2022 olan (VİN(XVVBACSNH1NK121598) avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin 1.1. bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 53.890 (əlli üç min səkkiz yüz doxsan) manat müəyyən edilmişdir. Tərəflərin razılığı ilə ilkin ödəniş 3.490 manat müəyyən edilmişdir. Qalıq borc sayılacaq 50400 manat məbləği isə alıcı xx.xx.2022-ci il tarixdən etibarən 60 ay müddəhndə, ayda 840 mana ödəməyi satıcı qarşısında öz öhdəsinə götürmüdür. Alıcı avtomobilin borcunu 36 ay müddətinədək bağladığı təqdirdə, avtomobilin qiyməti tərəflərin razılığı ilə 46.619 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-nin 06 iyul 2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə məktubunun surətindən görünür ki, Cavabdeh və "xxxx" MMC arasında avtomobil alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-121-SA-22 saylı müqavilə imzalanmışdır. Müqavilə münasibədəni çərçivəsində dəyəri ƏDV daxil 53 890 manat müəyyən edilən Skoda Rapıd 1.6 MPİ, buraxılış ili 2022 olan (VİN: XW8A C6NHİNK 121598) avtonoqliyyat vasitəsi satıcı tərəfindən alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, 50400 manat məbləği xx.xx.2022-cı il tarixdən etibarən 60 ay müddətinə, ayda 840 manat olmaqla ödəməyi satıcı qarşısında öz öhdəsinə götürmüşdür. Lakın, şıfahı müraciətlərə baxmayaraq, bu vaxta kimi heç bir ödəniş həyata keçirilməmiş və müqavilə üzrə öhdəliklər əhəmiyyətli dərəcədə pozulmuşdur. "xxxx" MMC-yə olan ümumilikdə xx.xx.2024-cü il tarixdə olan əsas borc 1919 manat cərimə borcunu 900 manat təşkil edir. Borc məbləğini 7 gün ərzində ödənilməsini təmin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlığa baxmayaraq heç bir addam atılmadığından Cavabdeh ilə "xxxx" MMC arasında avtomobil alqı-satqısına dair 13 06.2022-cs il tanxlı B-121-SA-22 ) №-li müqaviləyə xitam verilmişdir. İşə əlavə edilmiş arayışdan görünür ki, 1b3 iyun 2022-ci il tarixli avtomobil alqısatqısı üzrə B-121-SA-22 №-li müqavilə üzrə Cavabdeh tərəfindən "xxxx" MMC-yə 50,400 manat kredit borcundan 18,541 manat ödəniş edilmiş, qalıq 31,859 manat isə ödənilməmişdir. İşə əlavə edilmiş 27 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ilə (“Alıcı”) və İddiaçı MMC xx.xx.2022-ci il tarixli B-121-SA-22 №-li Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilə bətləri çərçivəsində dəyəri ƏDV daxil 53.890 (əlli iç min səkkiz yüz doxsan) manat müəyyən edilən Skoda Rapid 1.6 vPi, buraxılış il 2022 oları (VİN: (XVVSAC6NH1NK 121598) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, 50.400 (əlli min dörd yüz) manat məbləği xx.xx.2022-ci il tarixindən etibarən 60 ay müddətinə, ayda 840 (səkkiz yüz qırx) manat olmaqla ödəməyi satıcı qarşısında öz öhdənizə götürmüşdür. Lakin, şifahi müraciətlərə baxmayaraq bu vaxta kimi heç bir ödəniş həyata keçirilməmiş və müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Öhdəliklərini icra etməməsi səbəbindən qeyd edilən Skoda Rapid 1.6 MPİ, buraxılış ili 2022 olan (VİN: (XVSACENHİNK 121598) 77PU920 dövlət qeydiyyat nömrəli avtomobilə xx.xx.2024-cü il tarixə müqavilə üzrə ödənilməyən 1919 (min doqquz yüz on doqquz ) manat əsas məbləğ və 900 (doqquz yüz )manat cərimə borcu mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.2022-ci il tarixli B-121-8A-22 nömrəli müqavilənin davam etdirilməsi üçün İddiaçı MMC-yə olan ümumilikdə 2819 (iki min səkkiz yüz on doqquz ) manat məbləğində borcun 5 (beş) gün ərdində ödənilməsini təmin etməsi xahiş edilmişdir. Əks təqdirdə xx.xx.2022-ci il tarixli B-121-SA-22 nömrəli müqaviləyə xitam veriləcəyi və məhkəməyə müraciət edilərək İddiaçı MMC-yə dəymiş zərər və bununla bağlı xərclər iddia predmetinə əlavə edilərək tələb olunacağı bildirilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-nin 06 iyul 2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə məktubun surətindən görünür ki, Cavabdeh (“Alıcı”) və İddiaçı MMC (“Satıcı”) arasında Avtomobil İqi-satqısına dair xx.xx.2022-ci il tarixli B-121-SA-22 saylı müqavilə imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ƏDV daxil 53.890 (əlli üç min səkkiz yüz doxsan) manat müəyyən edilən Skoda Rapid 1.6 MPİ, buraxılış ili 2022 olan (XW$AC6NH1NK121598) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, 50.400 (əlli min dörd yüz) manat məbləği xx.xx.2022-ci il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 840 manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürmüşdür. Lakin, şifahi müraciətlərinə baxmayaraq bu vaxta kimi heç bir ödəniş həvata keçirilməmiş və müqavilə üzrə öhdəliklərinizi əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçı MMC-yə olan ümumilikdə xx.xx.2024 ci il tarixinə olan əsas borc 1919 manat, cərimə borcu 900 manat təşkil edir. Borcun 7 (yeddi) gün ərzində ödənilməsini təmin etməyi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlığa baxmayaraq tərəfindən heç bir addım atılmadığından Cavabdeh il’ İddiaçı MMC (Satşıcı ) arasında avtomobil alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-121-SA-22 nömrəli müqaviləyə xitam verilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC tərəfindən tərtib edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair 31 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, Skoda Rapid 1.6 MPİ, buraxılış ili 2022 olan (VİN: (XVSACENHİNK 121598) 77PU920 dövlət qeydiyyat nömrəli avtomobilə 6379,63 manat məbləğində ziyan vurulmuşdur. İşə əlavə edilmiş ödənilmiş qəbzlərdən çıxarışların surətlərindən görünür ki, cəmi 330 manat məbləğində inzibati cərimə İddiaçı MMC tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktlarında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə 2022-ci il tarixə məlumat olmadığından icrasız geri qaytarılmışdır. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 13 iyun 2022-ci il tarixli “Avtomobil alqı-satqısı”na dair B-121-SA-22 nömrəli müqavilə bağlanmışdır. X4 1.6 MPİ, buraxılış ii 2022 olan (VİN(XVVBACSNH1NK121598) Avtomobil(lər)i dəyəri tam ödənilənədək satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Cavabdeh avtomobilin 50.400 manat dəyərini xx.xx.2022-ci il tarixindən etibarən 60 ay müddətinə, ayda 840 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Avtomobil 13 iyun 2022-ci il tarixli təhvil-təslim aktı əsasında qüsursuz və texniki saz vəziyyətdə Cavabdeh təhvil vermişdir. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər əhəmiyyətli dərəcədə pozmuşdur. İddiaçı MMC tərəfindən Cavabdehünvanlanmış 06 iyul 2024-cü il tarixli məktubla Cavabdeh ilə İddiaçı MMC (Satşıcı ) arasında avtomobil alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-121-SA-22 nömrəli Müqaviləyə xitam verildiyi bildirilmişdir. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə avtomobil geri alınmışdır. Həmin tarixə əsas borc üzrə 2460 manat, cərimə olaraq 1560 manat cərimə hesablanmışdır. Həmçinin avtomobilə 6379,63 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Eyni zamanda avtomobil ilə törədilmiş inzibati xətalara görə cəmi 330 manat məbləğində cərimə İddiaçı MMC tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən 10729,63 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-ci maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-2.1-ci maddəsinə görə, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından göründüyü kimi avtomobilə 6379,63 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərin maddi vəziyyətinin ağırlığı, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablanmış 1560 manat məbləğində cərimə azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə avtomobilin Cavabdeh istifadəsində olduğu müddət ərzində yol hərəkəti qaydalarının pozulması nəticəsində 330 manat cərimənin ondan geri tələb edilməsinə dair onu qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.4-cü maddəsinə əsasən, inzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Qanunvericiliyin tələbindən göründüyü kimi inzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən ğdənilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. İnzibati cərimə üçüncü şəxs tərəfindən ödənilməsi və ödəyən şəxsin sonradan onu geri tələb etməsi qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2460 manat əsas borc, 300 manat cərimə, 6379.63 manat vurulmuş ziyanın əvəzi olaraq cəmi 9139.63 manat alınıb İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 111.39 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2460 (iki min dörd yüz altmış) manat əsas borc, 300 (üç yüz) manat cərimə, 6379.63 (altı min üç yüz yetmiş doqquz manat altmış üç qəpik) manat vurulmuş ziyanın əvəzi olaraq, cəmi 9139.63 (doqquz min yüz otuz doqquz manat altmış üç qəpik) manat alınıb İddiaçı hesabına ödənilsin. Cavabdeh 111.39 (yüz on bir manat otuz doqquz qəpik) manat dövlət rüsumu alınıb İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-32/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-32/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver