Məhkəmə qərarları › İş №e-2(030)-337/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-337/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-337/2025 13.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 yanvar 2024-cü il tarixli AQK ******* saylı borc müqaviləsinə əsasən 256 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 29 aprel 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin, cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, cavbdeh Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 12 yanvar 2024-cü tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 435 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 256 manat əsas borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 12 yanvar 2024-cü il tarixli AQK ******* saylı borc müqaviləsinə əsasən 256 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 286 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 12 yanvar 2024-cü tarixli AQK ******* saylı borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 435 manat məbləğində məişət avadanlığı əldə etmiş, 51 manat ilkin ödəniş etmiş və qalan 384 manat məbləği 12 ay müddətinə aylıq 32 manat olmaqla İddiaçı MMC-yə ödəməyi və borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödənilməsini öz öhdəsinə götürmüşdür. 15 yanvar 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh ilə 12 yanvar 2024-cü tarixli AQK6546666 saylı borc müqaviləsi üzrə ödənilməmiş 256 manat əsas borcu vardır. 22 aprel 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 24 aprel 2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, cavabdehə borcla bağlı məlumat verilmiş, borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında məlumat verilmişdir. 12 yanvar 2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən “Samsung Galaxy A145 4/128gb Silver” markalı məişət avadanlığı Cavabdeh təhvil verilmiş və cavabdeh aktı imzalamışdır. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 yanvar 2024-cü tarixli AQK ******* saylı borc müqaviləsinə əsasən məişət avadanlığını 435 manata satın almışdır. Cavabdeh tərəfindən 51 manat ilkin ödəniş edilmişdir. Cavabdehin MMC-yə 12 yanvar 2024-cü tarixli AQK ******* saylı borc müqaviləsi üzrə 256 manat əsas borc borcu qalmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən edilməli, Cavabdeh 12 yanvar 2024-cü tarixli AQK ******* saylı borc müqaviləsinə əsasən 256 manat əsas borc alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12 yanvar 2024-cü tarixli AQK ******* saylı borc müqaviləsinə əsasən 256 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar