Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-339/2025 13.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 noyabr 2022-ci il tarixli GNK5985408 saylı və 10 yanvar 2024-cü il tarixli GNK6397261 saylı borc müqavilələrinə əsasən cəmi 505 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 29 aprel 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin, cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, cavbdeh Cavabdeh İddiaçı MMC ilə 29 noyabr 2022ci il tarixli GNK5985408 saylı və 10 yanvar 2024-cü il tarixli GNK6397261 saylı borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1223 manat olan məişət avadanlığı (avadanlıqları) əldə etmişdir. Cavabdeh müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya 505 manat əsas borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 229 noyabr 2022-ci il tarixli GNK5985408 saylı və 10 yanvar 2024-cü il tarixli GNK6397261 saylı borc müqavilələrinə əsasən hər iki müqavilə üzrə 505 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 535 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 29 noyabr 2022-ci tarixli GNK5985408 saylı borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 799 manat məbləğində məişət avadanlığı əldə etmiş, 51 manat ilkin ödəniş etmiş və qalan 748 manat məbləği 22 ay müddətinə aylıq 34 manat olmaqla İddiaçı MMC-yə ödəməyi və borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödənilməsini öz öhdəsinə götürmüşdür. 10 yanvar 2024-cü tarixli GNK6397261 saylı borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 424 manat məbləğində məişət avadanlığı əldə etmiş, 88 manat ilkin ödəniş etmiş və qalan 336 manat məbləği 12 ay müddətinə aylıq 28 manat olmaqla İddiaçı MMC-yə ödəməyi və borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödənilməsini öz öhdəsinə götürmüşdür. 15 yanvar 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh ilə 29 noyabr 2022-ci il tarixli GNK5985408 saylı borc müqaviləsi üzrə ödənilməmiş 255 manat və 10 yanvar 2024-cü il tarixli GNK6397261 saylı borc müqavilə üzrə ödənilməmiş 250 manat əsas borcu vardır. 22 aprel 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 24 aprel 2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, cavabdehə borcla bağlı məlumat verilmiş, borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında məlumat verilmişdir. 29 noyabr 2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən “WM Beko WSRE 6512 prw” və “Beko Wkm 6226” markalı məişət avadanlıqları Cavabdeh təhvil verilmiş və cavabdeh aktı imzalamışdır. 29 noyabr 2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən “İnfinix Hot 40i 8/128gb black” markalı məişət avadanlığı Cavabdeh təhvil verilmiş və cavabdeh aktı imzalamışdır. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 29 noyabr 2022-ci il tarixli GNK5985408 saylı borc müqavilsinə əsasən dəyəri 799 manat məişət avadanlığını 51 manat və 10 yanvar 2024-cü tarixli GNK6397261 saylı borc müqaviləsinə əsasən dəyəri 424 manat məişət avadanlığını 88 manat ilkin ödəniş etməklə satın almışdır. Cavabdehin MMC-yə 29 noyabr 2022-ci tarixli GNK5985408 saylı borc müqaviləsi üzrə 255 manat və 10 yanvar 2024-cü tarixli GNK6397261 saylı borc müqaviləsi üzrə 250 manat əsas borcu qalmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən edilməli, Cavabdeh 29 noyabr 2022-ci tarixli GNK5985408 saylı və 10 yanvar 2024-cü tarixli GNK6397261 sayl borc müqavilələrinə əsasən cəmi 505 manat əsas borc alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29 noyabr 2022-ci tarixli GNK5985408 saylı borc müqaviləsinə əsasən 255 manat, 10 yanvar 2024-cü tarixli GNK6397261 saylı borc müqaviləsinə əsasən 250 manat əsas borc olmaqla, cəmi 505 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-339/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-339/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver