Məhkəmə qərarları › İş №e-2(030)-394/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-394/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-394/2025 29.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 333,98 manat məbləğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbləğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 366,18 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müarciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (“Sunny Elektronic”) ilə Cavabdeh1 arasında bağlanmış 23 mart 2013-cü il tarixli 7946 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə 670 manat məbləğində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təmini olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdehlər müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışlar. Daha sonra borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-126/2014 saylı 15 mart 2014-cü il tarixli məhkəmə qərarına əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 691 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 09 il 08 ay, yəni 116 ay müddətində 03 dekabr 2024-cü il tarixdə icra olunmuşdur. Əgər cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamında ödəyərək icra etsəydilər iddiaçı həmin məbləği öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin cavabdehlər məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləği vaxtında geri qaytarmadıqlarına görə iddiaçı həmin pulu dəyərlərində bilməmişdir. Ona görə də, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Məhkəmə qərarı üzrə kreditora ödənilən 691 manat borca görə məhkəmə qərarı qüvvəsini aldığı müddətən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, 691 manat x 0,05% = 34,55x12=2.87x116ay=333,98 manat təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada işin məhkəmədən kənar həll olunması üçün cavabdehlərə rəsmi qaydada bildiriş (pretenziya) göndərilməsinə və 5 gün müddətində icra edilməsinin xahiş olunmasına baxmayaraq, cavabdehlər icra etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-126/2014 saylı 15 mart 2014-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Daşkəsən şəhəri T.İsmayılov küçəsi, ev 1, mənzil 3-də qeydiyyatda olub faktiki olaraq Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəsulzadə küçəsi, Yeni Yaşayış massivi, ev 11-də yaşayan borclu Cavabdeh1 və digər borclu (zamin) – Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi, ev 20, mənzil 17-də qeydiyyatda olub faktiki olaraq Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəsulzadə küçəsi, Yeni Yaşayış massivi, ev 11-də yaşayan Cavabdeh2 müştərək qaydada 670,0 əsas borcu və 21,0 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 691,0 manat (altı yüz doxsan bir manat) məbləğində pul vəsaiti alınıb tələbkar İddiaçı ödənilməsi barədə əmr verilmişdir. İşə əlavə edilmiş “Sunny Electonics” mağazası tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış 18 aprel 2025-ci il tarixli 7946 nömrəli icraata xitam verilməsi barədə ərizənin surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-126/2014 saylı 15 mart 2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Cavabdeh1 və Cavabdeh2 cəmi 691 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə borc tam şəkildə ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-126/2014 saylı 15 mart 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş “Sunny Electonics” mağazasının 18 aprel 2025-ci il tarixli 7946 nömrəli bildiriş (pretenziya) məktubunun surətindən görünür ki, kreditor (sahibkarlıq fəaliyyəti ilə məşxul olan fiziki şəxs) İddiaçı "Sunny Electronics” mağazası (bundan sonra kreditor) borclu Cavabdeh1 (bundan sonra borclu) arasında bağlanmış 23 mart 2013-cü il tarixlı, 7946 saylı alqı-satqı müqaviləsinə əsasən borcluya 670 manat məbləğində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zamınlik müqaviləsi bağlanmışdır (bundan sonra zamın). Kreditor müqavilə ilə üzərinə götürdüyü öhdəbklərini tam icra etsə də, borclu və zamin müqavilənin şərtlərini pozaraq kreditin əsas məbliğını və ona hesablanmış faizlənn ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir. Daha sonra geikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-126/2014 saylı, xx.xx.2014-cü il tarixil məhkəmə qərarı ilə borclular Cavabdeh1 və Cavabdeh2 670 manat əsas borc və 21 manat məbləğdə odəniimiş dövlət rüsumu olmaqla, cəmi 691 manat məbləğində pul müştərək qaydada tutularaq X1 xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanını qüvvəsini almış və 09 il, 08 ay, yəni (116 ay) müddətində xx.xx.2024-cü il tarixdə icra olunmuşdur (ödənilmişdir). Barələrində qəbul olunmuş məhkəmə qərar üzrə məbləği zamanında ödəyərək icra etsəydilər kreditor, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclular məhkəmə qərarı üzrə öhdəlikləkləri icra etməmələri səbəbindən və həmin məbləği vaxtında geri qaytarılmadığına görə kreditor, həmin pulu dəyərləndirə biməmişdir. Buna görə də, kreditor, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 691 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdə icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (691 AZN x 0,05% = 34,55 x 12 ay = 2.87 x 132 ay = 333,98AZN) təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərarının icrası 09 il, 08 ay, yəni (116 ay) gecikdirilərək icra olduğundan (ödənildiyindən) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, 333.98 manat məbləğində hesablanmış faiz borcunu bu bildirişi (pretenziyanı) aldıqları gündən 5 gün müddətində kreditor “Sunny Electronics” mağazası (tələbkar) İddiaçı məxsus (qoşmaya əlavə edimiş bank hesabına) ödənilməsi və həmin ödəniş qəbzini dərhal onlara təqdim olunması xahiş olunmuşdur. Əks halda, hesablanmış faiz borcu və eyni zamanda məhkəmə xərclərinin ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə olunacağı bildirilmişdir. İşə əlavə edlmiş 18 may 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449cu maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin faktiki hallarından göründüyü kimi, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 126/2014 saylı 15 mart 2014-cü il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh1 və digər borclu (zamin) – Cavabdeh2 müştərək qaydada 670,0 əsas borcu və 21,0 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 691,0 manat məbləğində pul vəsaiti alınıb tələbkar İddiaçı ödənilməsi barədə qərar qəbul edilmişdir. Qəbul olunmuş məhkəmə əmri qanuni qüvvəsini almış və 09 il, 8 ay, yəni (116 ay) müddətində 03 dekabr 2024-cü il tarixdə icra edilmişdir (ödənilmişdir). Cavabdehlər qəbul olunmuş məhkəmə əmri üzrə məbləği zamanında ödəyərək icra etsə idilər, iddiaçı həmin məbləği başqa sahədə istifadə etməklə əlavə gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləvaxtında geri qaytarmadıqlarına görə iddiaçı həmin pulu dəyərləndirə bilməmiş və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 691 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdə icra olunanadək illik (5%) faiz hesablanmaqla (691 AZN x 0,05% = 34,55 x 12 ay = 2.87 x 132 ay = 333,98AZN) məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Eyni zamanda məhkəmə digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh2 İddiaçı arasında bağlanmış 23 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsi üzrə zamin olduğundan müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə görə, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Daşkəsən Rayon Məhkəməsinin 2(030)-126/2014 saylı 15 mart 2014-cü il tarixli məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icra olunandək Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 333,98 manat məbləğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbləğində pul və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 366,18 manat məbləğində pul vəsaiti müştərək qaydada tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə görə, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 illik beş faizə görə 333,98 manat, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 366,18 manat (üç yüz altmış altı manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar