Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-430/2025 24.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 noyabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi A3” markalı mobil telefon, “X4 4 lite” markalı qulaqlıq və 1 il ultra qızıl zəmanət xidməti üçün 272.06 manat ödənilməmiş hissə, 27.21 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, cəmi 322.87 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 17 iyun 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən sonuncu hər ay 24.13 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Xiaomi Redmi A3” markalı mobil telefon, “X4 4 lite” markalı qulaqlıq və 1 il ultra qızıl zəmanət xidmətini 289.56 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 17.50 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMCyə mobil telefon üçün 272.06 manat ödənilməmiş hissə, 27.21 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, cəmi 322.87 manat borc yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 27 noyabr 2024-cü il tarixli ********** nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən sonuncu hər ay 24.13 manat ödəməklə 12 ay müddətinə alqısatqı qiyməti 289.56 manat olan 1 ədəd “Xiaomi Redmi A3” markalı mobil telefon, “X4 4 lite” markalı qulaqlıq və 1 il ultra qızıl zəmanət xidmətini satın almış və 1 ədəd İmei Kodu **********84021 olan “Xiaomi Redmi A3 4/128gb midnight black” markalı mobil telefon, “X4 4 lite black/bhr7118gl” markalı qulaqlıq və 1 il ultra qızıl zəmanət xidməti Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 27 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1 ədəd “Xiaomi Redmi A3” markalı mobil telefon, “X4 4 lite” markalı qulaqlıq və 1 il ultra qızıl zəmanət xidməti üçün 272.06 manat ödənilməmiş hissə, 27.21 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum olmaqla, cəmi 322.87 manat borcu vardır. "xxxx" MMC -nin Problemli Kreditlər Departamentinin 27 may 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2024-cü il tarixli müqaviləsi üzrə Əlirzayev Seymur öhdəliklərin icrasını gecikdirmiş, yəni ödənişdə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Odur ki, xəbərdalıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 27 may 2025-ci il tarxili Arayışından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei Kodu **********84021 olan “Xiaomi Redmi A3” markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23.60 pul ödənilmişdir. 29 may 2025-ci il tarixli 74338616 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən sonuncu hər ay 24.13 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Xiaomi Redmi A3” markalı mobil telefon, “X4 4 lite” markalı qulaqlıq və 1 il ultra qızıl zəmanət xidmətini 289.56 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 17.50 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə mobil telefon üçün 272.06 manat ödənilməmiş hissə, 27.21 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, cəmi 322.87 manat borc yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə görə, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 27 noyabr 2024-cü il tarixli ********** nömrəli müqavilə üzrə 1 ədəd “Xiaomi Redmi A3” markalı mobil telefon, “X4 4 lite” markalı qulaqlıq və 1 il ultra qızıl zəmanət xidməti üçün 272.06 manat ödənilməmiş hissə, 27.21 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, cəmi 322.87 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 272.06 manat əsas, 27.21 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat, cəmi 322.87 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-430/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-430/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver