Məhkəmə qərarları › İş №e-2(030)-437/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-437/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-437/2025 24.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Oppo Reno 11” markalı mobil telefon, 2 illik Ultra qızıl zəmanət xidməti, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş pul və 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd 3 illik qızll zəmanət, “İskra” markalı laqonda,”Borch” markalı paltaryuyan və 26 noyabr 2024-cü il tarixli 17603648 nömrəli “Müqaviləyə” əsasən “Hoffmann” markalı blendr və 3 illik ultra qızll zəmanət üçün 1916.91 manat borc və ödənilmiş 39.17 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 19 iyun 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 70 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Oppo Reno 11” markalı mobil telefon, 2 illik Ultra qızıl zəmanət xidmətini 1320 manata, 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 95.16 manat ödəməklə 18 ay müddətinə 2 ədəd 3 illik qızll zəmanət, “İskra” markalı laqonda,”Borch” markalı paltaryuyanı 1724.88 manata və 26 noyabr 2024-cü il tarixli 17603648 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 5.41 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Hoffmann” markalı blendr və 3 illik ultra qızll zəmanətini 64.92 manata satın almışdır. Cavabdehin MMC-yə 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli “Müqavilə” üzrə 909.91 manat ödənilməmiş hissə, 90.99 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 pul, 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqavilə” üzrə 761.16 manat ödənilməmiş hissə və 76.12 manat cərimə borcu və 26 noyabr 2024-cü il tarixli 17603648 nömrəli “Müqavilə” üzrə 50.12 manat ödənilməmiş hissə və 5.01 manat cərimə borcu olmaqla, ümumilikdə 1916.91 manat məbləğində borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən qızıl zəmanət ultra 3 il xidmətindən xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 10 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 4.80 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 10 manat, ümumilikdə 14.80 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1373.81 manat təşkil edir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 70 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1320 manat olan 1 ədəd “Oppo Reno 11” markalı mobil telefon, 2 illik Ultra qızıl zəmanət xidmətini satın almış və 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********70310 olan “Oppo Reno 11 12/256gb green” markalı mobil telefon Ultra qızıl zəmanət xidmətini Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 95.16 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1724.88 manat olan 2 ədəd 3 illik qızll zəmanət, “İskra” markalı laqonda,”Borch” markalı paltaryuyanı satın almış və 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli müqaviləyə əsasən 2 ədəd 3 illik qızll zəmanət, “İskra GX-AG047/900W” markalı laqonda,”Borch WAN2420XME” markalı paltaryuyanı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 25 noyabr 2024-cü il tarixli 17603648 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 5.41 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 64.92 manat olan 3 illik qızll zəmanət, “Hoffmann” markalı blendrı satın almış və 25 noyabr 2024-cü il tarixli 17603648 nömrəli müqaviləyə əsasən 3 illik qızll zəmanət, “Hoffmann” markalı blendr Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 11 iyun 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh qızının 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Oppo Reno 11” markalı mobil telefon, 2 illik Ultra qızıl zəmanət xidməti 909.91 üçün manat ödənilməmiş hissə, 90.99 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd 3 illik qızll zəmanət, “İskra” markalı laqonda, ”Borch” markalı paltaryuyan üçün 761.16 manat ödənilməmiş hissə borcu və 76.12 manat cərimə borcu və 25 noyabr 2024-cü il tarixli 17603648 nömrəli “Müqaviləyə” əsasən 3 illik qızll zəmanət, “Hoffmann” markalı blendr üçün 50.12 manat ödənilməmiş hissə borcu və 5.01 manat cərimə borcu olmaqla, ümumilikdə 1916.91 manat məbləğində borcu vardır. 12 iyun 2025-ci il tarixli 74550834 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 39.17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli müqaviləyə əsasən 1 ədəd “Oppo Reno 11” markalı mobil telefon, 2 illik Ultra qızıl zəmanət xidmətini 1320, 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd 3 illik qızll zəmanət, “İskra” markalı laqonda,”Borch” markalı paltaryuyanı 1724.88 və 25 noyabr 2024-cü il tarixli 17603648 nömrəli müqaviləyə əsasən 3 illik qızll zəmanət, “Hoffmann” markalı blendrı 64.92 manata satın almışdır. Cavabdehin MMC-yə 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli “Müqavilə” üzrə 909.91 manat ödənilməmiş hissə, 90.99 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 pul, 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqavilə” üzrə 761.16 manat ödənilməmiş hissə və 76.12 manat cərimə borcu və 26 noyabr 2024-cü il tarixli 17603648 nömrəli “Müqavilə” üzrə 50.12 manat ödənilməmiş hissə və 5.01 manat cərimə borcu olmaqla, ümumilikdə 1916.91 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 1373.81 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli “Müqavilə” üzrə 909.91 manat ödənilməmiş hissə, 90.99 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 pul, 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqavilə” üzrə 761.16 manat ödənilməmiş hissə və 76.12 manat cərimə borcu və 26 noyabr 2024-cü il tarixli 17603648 nömrəli “Müqavilə” üzrə 50.12 manat ödənilməmiş hissə və 5.01 manat cərimə borcu olmaqla, ümumilikdə 1916.91 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 39.17 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27 iyul 2024-cü il tarixli 02717409 nömrəli “Müqavilə” üzrə 909.91 manat əsas, 90.99 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 pul, 14 fevral 2024-cü il tarixli 10786922 nömrəli “Müqavilə” üzrə 761.16 manat əsas və 76.12 manat cərimə borcu və 26 noyabr 2024-cü il tarixli 17603648 nömrəli “Müqavilə” üzrə 50.12 manat əsas və 5.01 manat cərimə borcu olmaqla, ümumilikdə 1916.91 manat pul vəsaiti və ödənilmiş 39.17 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar