Məhkəmə qərarları › İş №e-2(030)-450/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-450/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-450/2025 23.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra "xxxx" BOKT MMC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 dekabr 2021-ci il tarixli ML/3476 nömrəli Maliyyə Lizinq müqaviləsi üzrə 1540 manat lizinq borcunun və ödənilmiş 35,40 dövlət rüsumunun Cavabdeh tutulub iddiaçı "xxxx" BOKT MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 20 dekabr 2021-ci il tarixli ML/3476 nömrəli Maliyyə Lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə bir ədəd 2012-ci il buraxlışlı “Kia Optima” minik markalı 5XXGR4A65CG047607 ban nömrəli nəqliyyat vasitəsi illik 24 faiz dərəsi ilə 20 ay müddətinə lizinqə verilmiş, müqavilə üzrə lizinq qiyməti 8710 manat təşkil etmişdir. 20 fevral 2023-cü il tarixdə Cavabdeh tərəfindən "xxxx" onlayın ödəmə sistemi vasitəsi ilə 500 manat və 40 manat məbləğində kredit ödənişi keçirilən zaman texniki problem baş vermiş və nəticədə 500 manat məbləği bir ödəmə (127881) kodu ilə dörd dəfə və 40 manat məbləği bir ödəmə (127883) kodu ilə bir dəfə sistemə ödəniş kimi qəbul edilmişdir. Bu halda cavabdehin MMC-yə olan borcu sistemdə uzun müddət yaranan texniki nasazlıq əlaqədar olaraq bağlı olaraq görsənsə belə tam şəkildə bağlanmamışdır. "xxxx" MMC və "xxxx" ASC tərəfindən onlara daxil olan cavab məktubları da bu halı təsdiqləmişdir. Belə ki, "xxxx" ASC-nin GP-05/2025 nömrəli 16 iyun 2025-ci il tarixli məktubunda hesab.az platforması üzərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavabı ötürüldüyü və bu da bir tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb oduğu bildilmişdir. "xxxx" MMC isə 05 iyun 2025-ci il tarixli məktubunda əməliyyat statusunu yoxlayan servisdən istifadə etmədən eyni əməliyyat ödənişi qəbul edən təşkilat tərəfindən təkrar göndərilmişdir. Baş vermiş texniki xətanın nəticələri gec aşkarlandığında və aradan qaldırmaq mümkün olmadığına görə, "xxxx" BOKT MMC trəfindən tərtib olunmuş maliyyə arayışına əsasən, Cavabdeh həmin texniki nasazlıq nəticəsində MMC-yə kredit üzrə qalıq borcu 1540 manat təşkil edir. İddiaçıl tərəfindən cavabdehə öhdəliyin icra edilməsinə dair pretenziya məktubu ünvanlanmasına baxmayaraq, müqavilə üzrə öhdəliklərini lazımi qaydada və tam şəkildə icra etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, 20 dekabr 2021-ci il tarixli ML/3476 nömrəli Maliyyə Lizinq müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən illik 24 faiz dərəsi ilə 20 ay müddətinə 8710 manat məbləğində bir ədəd 2012-ci il buraxlışlı “Kia Optima” minik markalı 5XXGR4A65CG047607 ban nömrəli nəqliyyat vasitəsini satın almışdır. Hər ay ödəniş cədvəlinə uyğun olraq ödəniş etmişdir. 20 fevral 2023-cü il tarixdə kredit ödənişi keçirilən zaman texniki problem baş verməsi səbəbindən bir ödəmə kodu ilə bir neçə dəfə sistemə ödəniş kimi qəbul edilmişdir. Bu səbbədən onun MMC-yə olan borcu sistemdə üzərində tam şəkildə bağlanmış göstərilmişdir. Hazırda onun banka 1540 manat məbləğində kredit borcu vardır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 20 dekabr 2021-ci il tarixli ML/3476 nömrəli maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, "xxxx" BOKT MMC-nin direktoru X3 və digər öhdəlikləri qəbul edən Cavabdeh arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli ML/3476 nömrəli maliyyə lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş 1 ədəd “Kia Optima” markalı, 5XXGR4A65CG47607 ban nömrəli nəqliyyat vasitəsini (bundan sonra – Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizianq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqlə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü maddəsinə əsasən, alqı-satqı müqaviləsi üzrə əldə edilən, lizinq obyektinin qiyməti 19000 manat təşkil edir. İşə əlavə edilmiş 20 dekabr 2021-ci il tarixli 3476 nömrəli öhdəliklərin verilməsi haqqında müqavilənin surətindən görünür ki, öhdəlikləri köçürən X4, digər tərəfdən öhdəlikləri verən aslandırılacaq "xxxx" BOKT MMC-nin direktoru X3 və digər öhdəlikləri qəbul edən Cavabdeh arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli 3476 nömrəli öhdəliklərin verilməsi haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən, “Öhdəliklər verən” "xxxx" MMC ilə 20 dekabr 2021-ci il tarixdə bağladığı 3476 saylı “Daxili Lizinq müqaviləsi” üzrə öhdəliklərini “Öhdəlikləri qəbul edənə” verir. Öhdəlikləri qəbul edən isə bu öhdəlikləri tam həcmdə qəbul edir. “Lizinq verən” isə öhdəliyin verilməsinə razılıq verir. Müqavilənin 1.2-ci maddəsinə görə, öhdəlikləri verən 1.1-ci maddədə qeyd olunan lizinq müqaviləsi üzrə öhdəliklərini bu müqavilə imzalandığı andan mövcud olan həcmdə və şərtlərlə öhdəlikləri qəbul edənə təhvil verir. Müqavilənin 2.1-ci maddəsinə əsasən, öhdəlikləri verən bu müqavilə imzalandığı tarixdə öhdəliklərin verilməsi ilə bağlı Öhdəlikləri qəbul edənə aşağıdakıları təqdim edir: 20 dekabr 2021-ci il tarixdə bağladığı 3476 saylı daxili lizinq müqaviləsini, onun əlavələrini, xidmət tapşırığı müqaviləsini, alış və satış öhdəlikləri, 1 ədəd “Kia Optima” markalı avtomobilini (texniki göstəricilər: Ban nömrəsi: 5XXGR4A65CG47607; Mühərrikin həcmi: 1998 sm3, Buraxlış ili: 2012-ci il: Tip: Sedan, Rəngi: qara; Qeydiyyat nişanı: **-PB-***. İşə əlavə edilmiş 20 dekabr 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, bir tərəfdən öhdəlikləri köçürən X4, digər tərəfdən öhdəlikləri verən aslandırılacaq "xxxx" BOKT MMC-nin direktoru X3 və digər öhdəlikləri qəbul edən Cavabdeh, bu aktı ondan ötrü tərtib etmişlər ki, həqiqətən "xxxx" BOKT MMC-yə məxsus “Kia Optimal”minik markalı, 5XXGR4A65CG047607 ban, **-PB-*** qeydiyyat nişanları olan avtomobili müştəriyə verilmişdir. Akt təhvil verən: X4 və X2, təhvil alan: Cavabdeh imzası ilə təsdiq edimişdir. İşə əlavə edilmiş 30 may 2025-ci il tarixli 850/25 nömrəli borc tələbi barədə pretenziya məktubunun surətindən görünür ki, "Monetri BOKT” MMC ("xxxx" MMC) ilə Cavabdeh arasında 20 dekabr 2021-ci il tarixli, ML/3476 nömrəli Maliyyə Lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, lizinq verən - "xxxx" MMC öz mülkiyyətində olan 2012-ci İl buraxılışlı, "Kia Optima" minik markalı, 5XXGR4A65CG047607 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 20 (iyirmi) ay müddətinə lizinqə verilmişdir. xx.xx.2023-cü İl tarixdə tərəfinidən GoldenPay (hesab.az) onlayn ödəmə sistemi vasitəsilə 500 (beş yüz) AZN və 40 (qırx) AZN məbləğində kredit ödənişi keçirilən zaman texniki problemlər baş vermiş və nəticədə ödədiyi 500 (beş yüz) AZN məbləğində ödəniş 1 (bir) ödəmə kodu (127881) üzrə 4 dəfə, 40 (qırx) AZN məbləğində ödəniş isə 1 (bir) ödəmə kodu üzrə (127883) 2 dəfə sistemə ödəniş kimi qəbul edilmişdir. Bu halda Cavabdeh "Monetri BOKT” MMC-yə olan borcu sistemdə yaranan texniki nasazlıqla əlaqədar bağlı olaraq görsənsə belə tam şəkildə bağlanmamışdır. Həmin texniki nasazlıq nəticəsində "Monetri BOKT” MMC-yə kredit üzrə qalıq borc məbləği 1540 (bır min beş yüz qırx) AZN təşkil etmişdir. Odur ki, qanunvericiliyin göstərdiyi əsasları rəhbər tutaraq 5 təqvim günü müddətində borcu kredit təşkilatının hesabına ödənilməsinin təmin edilməsi, əks təqdirdə kredit müqaviləsi üzrə nəzərdə tutulan borcun, eyni zamanda borcun alınması üçün gələcək əlavə xərclərin ondan məcburi qaydada alınmasına dair qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi və məhkəməyə və müvafiq icra qrumuna müraciət ediləcəyi barədə xəbərdalıq edilmişdir. İşə əlavə edilmiş Cavabdeh xx.xx.2021-ci il tarixli 3476 saylı kerdit müqaviləsi üzrə "Monetri BOKT” MMC-yə olan kredit borcunun hesablanması haqqında 20 iyun 2025-ci il tarixli 947/25 saylı arayışdan görünür ki, kredit borcu üzrə indiyədək ödənilmiş ümumi məbləğ 9075,54 manat, kredit borcu üzrə hal-hazırda mövcud olan ümumi borc məbləği 1540 manat təşkil edir. İşə əlavə edilmiş "xxxx" ASC-nin 02 iyun 2025-ci il tarixli 833/25 saylı məktubun surətindən görünür ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023 tarixlərdə baş vermiş texniki problemlərə dair məsələ "xxxx" ASC tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq, qeyd olunan tarixlərdə hesab.az üzərindən həyata keçirilən ödənişlərlə bağlı yaranmış texniki nasazlıq hesab.az platformasında deyil, "xxxx" BOKT MMC-yə İT xidmətləri göstərən “X5” MMC tərəfindən təmin edilən texniki inteqrasiyada mövcud olmuşdur. Belə ki, qeyd olunan çətinliklə əlaqədar 9 aprel 2024-cü ildə "xxxx" ASC, "xxxx" BOKT MMC və “X5” MMC-nin İT mütəxəssisləri arasında üç tərəfli görüş keçirilmişdir. Görüşün nəticəsi olaraq aydın olmuşdur ki, "xxxx" BOKT MMC-nin texniki sənədlərində mövcud olan uyğunsuzluq səbəbindən, hesab.az platforması üzərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavab ötürülmüş və bu da tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb olmuşdur. İşə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 iyun 2025-ci il tarixli məktubunun surətindən görünür ki, 2023-cü ilin fevralında texniki xəta səbəbindən bir tranzaksiya kodu ilə ödəniş bir neçə dəfə keçmişdir. Ödənişi qəbul edən təşkilatla aylıq üzləşmə aparılmadığından, bu hadisə növbəti aylarda da bir neçə dəfə təkrarlanmışdır. İlin sonunda illik üzləşmə aparıldığı zaman xəta aşkarlanmış və dərhal ödənişi qəbul edən təşkilatın əməkdaşları arasında üçtərəfli görüş təşkil olunmuşdur. Həmin görüş nəticəısində aydınlaşdırılmışdır ki, "xxxx" MMC-də əməliyyatın statusunu yoxlayan servisdıən istifadə etmədən eynu əməliyyat ödənişi qəbul edən təşkilat tərəfindən təkrar göndərilmişdir. Qarşı tərəflə məbləğ üzləşdirilməsinin ayda bir dəfədən az olmayaraq aparılmasının zərurliyi tərəflərindən bildirilmişdir. Həmçinin, əməliyyatı göndərməzdən əvvəl, statusu yoxlayan servisdən istifadənin mütləqliyi qarşı tərəfə bir daha bildirilmişdir. Nəticədə bu tipli xətaların baş vermə səbəbləri aradan qaldırılmış və növbəti ayların belə halın təkrarlanması haqda məlumat daxil olmamışdır. İşə əlavə edilmiş 23 iyun 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən 35,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2-ci maddəsinə görə, Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, "xxxx" MMC ("xxxx" MMC) ilə Cavabdeh arasında 20 dekabr 2021-ci il tarixli, ML/3476 nömrəli Maliyyə Lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, lizinq verən - "xxxx" MMC öz mülkiyyətində olan 2012-ci İl buraxılışlı, "Kia Optima" minik markalı,5XXGR4A65CG047607 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 20 (iyirmi) ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq qiyməti 8710 manat təşkil etmişdir. 20 dekabr 2021-ci il tarixli təhvil-təslim aktı ilə "xxxx" BOKT MMC-yə məxsus “Kia Optimal”minik markalı, 5XXGR4A65CG047607 ban, **-PB-*** qeydiyyat nişanları olan avtomobil Cavabdeh təhvil verilmişdir. Cavabdeh tərəfindən ödəniş cədvəlinə uyğun olaraq ödəniş etsə də, 20 fevral 2023-cü İl tarixdə GoldenPay (hesab.az) onlayn ödəmə sistemi vasitəsilə 500 (beş yüz) AZN və 40 (qırx) AZN məbləğində kredit ödənişi keçirilən zaman texniki problemlər baş vermiş və nəticədə ödədiyi 500 (beş yüz) AZN məbləğində ödəniş 1 (bir) ödəmə kodu (127881) üzrə 4 dəfə, 40 (qırx) AZN məbləğində ödəniş isə 1 (bir) ödəmə kodu üzrə (127883) 2 dəfə sistemə ödəniş kimi qəbul edilmişdir. Bu hal növbəti aylarda da bir neçə dəfə təkrarlanmışdır. Cavabdeh "Monetri BOKT” MMC-yə olan borcunuz sistemdə yaranan texniki nasazlıqla əlaqədar bağlı olaraq görsənsə belə tam şəkildə bağlanmamışdır. "xxxx" ASC-nin 02 iyun 2025-ci il tarixli 833/25 saylı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 iyun 2025-ci il tarixli məktubundan göründüyü kimi, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023 tarixlərdə "xxxx" BOKT MMC-nin texniki sənədlərində mövcud olan uyğunsuzluq səbəbindən, hesab.az platforması üzərindən həyata keçirilən ödənişlər zamanı qarşı tərəfdə ödəniş uğurla başa çatmış olsa da, hesab.az tərəfə xəta cavab ötürülmüş və bu da tranzaksiya nömrəsi ilə bir neçə dəfə təkrar ödənişin keçirilməsinə səbəb olmuşdur. Ödənişi qəbul edən təşkilatla aylıq üzləşmə aparılmadığından, bu hadisə növbəti aylarda da bir neçə dəfə təkrarlanmışdır. 20 dekabr 2021-ci il tarixli 3476 saylı kerdit müqaviləsi üzrə Cavabdeh tərəfindən "Monetri BOKT” MMC-yə kredit borcu üzrə ümumi 9075,54 manat ödəniş etmiş, müqavilə üzrə ümumi borc məbləği 1540 manat təşkil etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2-ci maddəsinə görə, Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20 dekabr 2021-ci il tarixli ML/3476 nömrəli Maliyyə Lizinq müqaviləsi üzrə 1540 manat lizinq borcu tutulub iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 35,40 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3-cü maddəsinə görə, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 20 dekabr 2021-ci il tarixli ML/3476 nömrəli Maliyyə Lizinq müqaviləsi üzrə 1540 (bir min beş yüz qırx) manat lizinq borcu və ödənilmiş 35,40 (otuz beş manat qırx qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" BOKT MMC -nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar