Məhkəmə qərarları › İş №e-2(030)-452/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-452/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-452/2025 07.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 noyabr 2024-cü il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Oppo A3” markalı mobil telefon, 3 illik zəmanət, 2 ədəd şəffaf vinil və paket XL xidməti, 18 noyabr 2024-cü il tarixli ********** nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Oppo A40m” markalı mobil telefon və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş pul üçün 1095.02 manat borc və ödənilmiş 30.95 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 02 iyul 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2024-cü il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 36.36 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Oppo A3” markalı mobil telefon, 3 illik zəmanət, 2 ədəd şəffaf vinil və paket XL xidmətini 683.48 manata və 18 noyabr 2024-cü il tarixli ********** nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 33.08 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Oppo A40m” markalı mobil telefonu 396.96 manata satın almışdır.Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 3 illik zəmanət xx.xx.2024cü il tarixdə imtina etmiş və məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 65.80 manat, 94.80 manat təşkil edir. Cavabdehin MMC-yə 14 noyabr 2024-cü il tarixli ******* nömrəli “Müqavilə” üzrə 588.68 manat ödənilməmiş hissə, 58.87 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 pul, 18 noyabr 2024-cü il tarixli ********** nömrəli “Müqavilə” üzrə 363.88 manat ödənilməmiş hissə, 36.39 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 pul olmaqla, ümumilikdə 1095.02 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 14 noyabr 2024-cü il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2024-cü il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 36.36 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 683.48 manat olan 1 ədəd “Oppo A3” markalı mobil telefon, 3 illik zəmanət, 2 ədəd şəffaf vinil və paket XL xidməti satın almış və 14 noyabr 2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********69690 olan “Oppo A3 6/256gb starry purple” markalı mobil telefon, 3 illik zəmanət, 2 ədəd şəffaf vinil və paket XL xidməti Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 18 noyabr 2024-cü il tarixli ********** nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 18 noyabr 2024-cü il tarixli ********** nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 33.08 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 396.96 manat olan 1 ədəd “Oppo A40m” markalı mobil telefonu satın almış və 18 noyabr 2024-cü il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********68552 olan “Oppo A40m 6/256gb black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 24 iyun 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14 noyabr 2024-cü il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Oppo A3” markalı mobil telefon, 3 illik zəmanət, 2 ədəd şəffaf vinil və paket XL xidməti üçün 588.68 manat ödənilməmiş hissə, 58.87 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, 18 noyabr 2024-cü il tarixli ********** nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Oppo A40m” markalı mobil telefon üçün 363.88 manat ödənilməmiş hissə borcu, 36.39 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul borcu olmaqla, ümumilikdə 1095.02 manat məbləğində borcu vardır. 24 iyun 2025-ci il tarxili Arayışından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei Kodu **********69690 olan “Oppo A3” və İmei Kodu **********68552 olan “Oppo A40” markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23.60 manat olmaqla, cəmi 47.20 manat pul ödənilmişdir. 25 iyun 2025-ci il tarixli 74728458 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 14 noyabr 2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Oppo A3” markalı mobil telefon, 3 illik zəmanət, 2 ədəd şəffaf vinil və paket XL xidmətini 683.48 manat və 18 noyabr 2024-cü il tarixli ********** nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Oppo A40m” markalı mobil telefon 396.96 manata satın almışdır. Cavabdehin MMC-yə 14 noyabr 2024-cü il tarixli ******* nömrəli “Müqavilə” üzrə 588.68 manat əsas, 58.87 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, 18 noyabr 2024-cü il tarixli ********** nömrəli “Müqavilə” üzrə 363.88 manat ödənilməmiş hissə, 36.39 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, cəmi 1095.02 manar borcu vardır.Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 14 noyabr 2024-cü il tarixli ******* nömrəli “Müqavilə” üzrə 588.68 manat əsas, 58.87 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, 18 noyabr 2024-cü il tarixli ********** nömrəli “Müqavilə” üzrə 363.88 manat ödənilməmiş hissə, 36.39 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, cəmi 1095.02 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30.95 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən 588.68 manat əsas, 58.87 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, 18 noyabr 2024-cü il tarixli müqavilə üzrə 363.88 manat ödənilməmiş hissə, 36.39 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, cəmi 1095.02 manat pul vəsaiti və ödənilmiş 30.95 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar