Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-463/2024 12.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 avqust 2023-cü il tarixli ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 551.17 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 11 iyun 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2023-cü il tarixli ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 824.99 manat dəyərində olan 1 ədəd “Honor X9A 6/128GB Green” model məhsul almışdır. Cavabdeh borclu olduğu 824.99 manat məbləğdən 50 manat ilkin ödəniş etmiş və onun xx.xx.2023-cü il tarixli ********** nömrəli nisyə alqı-satqı müqaviləsi ürzə 774.99 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli ********** nömrəli nisyə alqısatqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixinə kimi hər ay 65 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aramızda olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 344.12 manat təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixli ********** nömrəli nisyə alqı-satqı müqaviləsi ürzə 480.87 manat əsas borcu və 70.30 manat cərimə borcu olmaqla, ümumilikdə 551.17 manat borcu vardır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 24 avqust 2023-cü il tarixli ********** nömrəli nisyə alqı-satqı surətindən görünür ki, “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən “Satıcı” ( İddiaçı MMC) “Alıcı”ya (Cavabdeh) siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə-1-də göstərilən mal(lar)ı satır, “Alıcı” isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)n dəyərini “Satıcı”ya ödəyir. müqavilənin tərkib hissə olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. 24 avqust 2023-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqviləsinə Əlavə1 surətindən görünür ki, Cavabdeh dəyəri 774.99 manat olan malı 12 ay 65 manat ödəmək şərti ilə almışdır. “Təhvil-təslim” aktının surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 1 ədəd “Honor X9A 6/128GB Green” markalı mobil elefon təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. “Maliyyə arayışın”ın surətindən görünür ki, Cavabdeh 24 avqust 2023-cü il tarixli ********** nömrəli “Nisyə Alqı-satqı müqaviləsi” üzrə İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə 480.87 manat əsas borc və 70.30 manat cərimə borcu olmaqla ümumilikdə 551.17 manat borcu vardır. 10 may 2024-cü il tarixli Pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 24 avqust 2023-cü il tarixli ********** nömrəli “Nisyə Alqı-satqı müqaviləsi” üzrə xx.xx.2024cü il tarixə olan qrafikinə görə 480.87 manat əsas, 43.66 manat cərimə borcu olmaqla, ümumilikdə 524.53 manat məbləğində borc və 109 gün gecikməsi olduğu bildirilmişdir. 04 iyun 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2023-cü il tarixli ********** nömrəli “Nisyə Alqısatqı müqaviləsi”nə əsasən cavabdeh 824.99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Cavabdeh tərəfindən 50 manat məbləğində ilkin ödəniş edilmişdir. Cavabdehin MMC-yə 24 avqust 2023-cü il tarixli ********** nömrəli “Nisyə Alqı-satqı müqaviləsi” üzrə 480.87 manat əsas borc və 70.30 manat cərimə borcu olmaqla, cəmi 551.17 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, Nİsyə alqı-satqı öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında Nİsyə alqı-satqı olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması Nİsyə alqı-satqı sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və Nİsyə alqı-satqı ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı Nİsyə alqı-satqısinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı Nİsyə alqı-satqısində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 24 avqust 2023-cü il tarixli ********** nömrəli müqavilə üzrə hesablanmış 70.30 manat məbləğində cərimə azaldılaraq 45 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24 avqust 2023-cü il tarixli ********** nömrəli Nİsyə alqı-satqı müqaviləsinə əsasən 480.87 manat əsas borc, 45 manat cərimə olmaqla, cəmi 525.87 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 480.87 manat əsas borc, 45 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-463/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-463/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver