Məhkəmə qərarları › İş №e-2(030)-531/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-531/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-531/2025 22.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı şarj aləti, paket XL xidməti və 3 illik ultra qızıl zəmanət xidməti və 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə əsasən 1 ədəd “Huawei Nova Y72” markalı mobil telefon, paket XL, ultra 3 illik qızıl zəmanət xidməti və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, 1155.94 manat borc və ödənilmiş 31.56 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 04 avqust 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 42.17 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı şarj aləti, paket XL xidməti və 3 illik ultra qızıl zəmanət xidmətini 759.06 manata və 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 37.02 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Huawei Nova Y72” markalı mobil telefon, paket XL və 3 illik qızıl zəmanət xidmətini 676.36 manata satın almışdır. Cavabdeh tərəfindən 406.02 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqavilə üzrə 548.20 manat ödənilməmiş hissə, 54.82 manat cərimə və 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqavilə üzrə 481.20 ödənilməmiş hissə, 48.12 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, ümumilikdə 1155.94 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqavilə nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 42.17 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 759.06 manat olan 1 ədəd “Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı şarj aləti, paket XL xidməti və 3 illik ultra qızıl zəmanət xidmətini satın almış və 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********88176 olan “Samsung Galaxy A24 (SM-A245) 6/128GB Black” markalı mobil telefon, “Samsung compact white ” markalı şarj aləti, paket XL xidməti və 3 illik ultra qızıl zəmanət xidməti Cavabdeh təhvil verilmiş, Bayramov Fai q tərəfindən akt imzalanmışdır. 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 37.02 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 676.36 manat olan 1 ədəd “Huawei Nova Y72” markalı mobil telefon, paket XL və 3 illik qızıl zəmanət xidmətini satın almış və 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə 1 ədəd İmei Kodu **********73971 olan “Huawei Nova Y72 8/256gb green” markalı mobil telefon, paket XL və 3 illik qızıl zəmanət xidməti Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 19 iyul 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı şarj aləti, paket XL xidməti və 3 illik ultra qızıl zəmanət xidməti üçün 548.20 manat ödənilməmiş hissə, 54.82 manat cərimə, 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə əsasən 1 ədəd “Huawei Nova Y72” markalı mobil telefon, paket XL və 3 illik qızıl zəmanət xidməti üçün 481.20 ödənilməmiş hissə, 48.12 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, ümumilikdə 1155.94 manat məbləğində borcu vardır. 19 iyul 2025-ci il tarxili Arayışından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei Kodu **********73971 olan “Huawei Nova Y72” markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 pul ödənilmişdir. 21 iyul 2025-ci il tarixli 75219396 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 31.56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A24” markalı mobil telefon, “Samsung” markalı şarj aləti, paket XL xidməti və 3 illik ultra qızıl zəmanət xidmətini 759.06 manat və 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqaviləyə əsasən 1 ədəd “Huawei Nova Y72” markalı mobil telefon, paket XL və 3 illik qızıl zəmanət xidmətini 676.36 manata satın almışdır. Cavabdehin MMC-yə 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqavilə üzrə 548.20 manat əsas, 54.82 manat cərimə, 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqavilə üzrə 481.20 ödənilməmiş hissə, 48.12 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, ümumilikdə 1155.94 manat borcu vardır. Cavabdeh tərəfindən 406.02 manat ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqavilə üzrə 548.20 manat əsas, 54.82 manat cərimə, 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqavilə üzrə 481.20 ödənilməmiş hissə, 48.12 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, ümumilikdə 1155.94 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 31.56 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqavilə üzrə 548.20 manat əsas, 54.82 manat cərimə, 31 avqust 2024-cü il tarixli 17031846 nömrəli müqavilə üzrə 481.20 ödənilməmiş hissə, 48.12 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, ümumilikdə 1155.94 manat pul vəsaiti və ödənilmiş 31.56 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar