Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-564/2024 02.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 iyun 2023-cü il tarixli müqaviləyə əsasən Zaza Canoe markalı moped üçün 2882,60 manat ödənilməmiş hissə və 288,40 manat cərimə borcu olmaqla, cəmi 3171 manat borc və ödənilmiş 51,71 manat dövlət rüsumunun tutulub "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddianı onun əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2023-cü il tarixli 13982364 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 185,30 manat ödəməklə 18 ay müddətinə “Zaza Canoe” markalı mopedi 3585,40 manata satın almışdır. Əşyanın təhvil-təslim aktına əsasən məhsul tam və qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə cəmi 702,80 manat ödəniş etmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Hazırda Cavabdeh 04 iyun 2023-cü il tarixli müqaviləyə əsasən Zaza Canoe markalı moped üçün 2882,60 manat ödənilməmiş hissə və 288,40 manat cərimə borcu olmaqla, cəmi 3171 manat borcu yaranmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 04 iyun 2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən hər ay 185,30 manat ödəməklə 18 ay müddətinə Zaza Canoe markalı mopedi 3585,40 manata almışdır. O, müqavilə üzrə cəmi 702,80 manat ödəniş etmişdir. Sonradan mopedi geri qaytarmaq üçün MMC-yə getdikdə, moped 500 manat dəyərində qiymətləndirildiyi üçün təhvil verməkdən imtina etmişdir. Hazırda tələb edilən məbləği bir dəfəyə ödəmək iqtidarında deyildir. Məhkəmədən maddi imkanının nəzərə alınmasını xahiş etmişdir. İşə əlavə edilmiş 04 iyun 2023-cü il tarixli 13982364 nömrəli müqavilə və müqaviləyə əlavənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2023-cü il tarixli 13982364 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 185,30 manat ödəməklə 18 ay müddətinə “Zaza Canoe 50CC” markalı mopedi 3585,40 manataakt almışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, “Müştəri” bu müqavilənin şərtini(şərtlərini) pozduğu halda, “Mal”ı (habelə güzəştli şərtlərlə(ödənişsiz) təqdim edilmiş malı)” ABC-nin tələbi ilə geri qaytarmalıdır. Müqavilənin 3.2-ci bəndinə əsasən, “ABC” 3.1ci bəndində müəyyən edilmiş qaydada qaytarılmış Malın (ödənişsiz təqdim edilmiş mal istisna olmaqla), həmçinin 3.15-ci bəndindəki hala aid olan Malın qalıq dəyərinin birtərəfli aktla qiymətləndirib “Müştəri”nin “ABC”-yə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Müqavilənin 3.3-cü bəndinə görə, “Müştəri” qiymətləndirmə aktı ilə razılaşmadığı halda, o borcu bağlamaq şərtilə 3.2-ci bənddəki qaydada qiymətləndirilmiş “Mal”ı geri ala bilər. İşə əlavə edilmiş 04 iyun 2023-cü il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 04 iyun 2023-cü il tarixli 13982364 nömrəli müqaviləyə əsasən “Zaza Canoe 50CC” markalı moped Cavabdeh təhvil verilmiş, akt alıcı tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş 25 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 04 iyun 2023-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh “Zaza” markalı moped almışdır. Lakin aldığı malın dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxta və qaydaya əməl etməmişdir. Qeyd olunanlara əsasən, mövcud qanunvericiliyin 3.11-ci bəndinə əsasən, üzərinə götürdüyü öhdəlikləri pozduğu üçün yuxarıda göstərilən malları "xxxx" MMC-yə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalısınız. Bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tətərfindən qiymətləndiriləcək. Bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri tərəfindən tam şəkildə ödənilməlidir. Odur ki, hazırkli xəbərdarlığdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, tərəflərindən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş 05 avqust 2024-cü il tarixli 63335574 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 05 avqust 2024-cü il tarixli 63349840 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 21,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2023-cü il tarixli 13982364 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 185,30 manat ödəməklə 18 ay müddətinə Zaza Canoe mopedi 3585,40 manata satın almışdır. Əşyanın təhvil-təslim aktına əsasən məhsul tam və qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə cəmi 702,80 manat ödəniş etmişdir. Cavabdehə güzəşt olunaraq 288,40 manat cərimə borcu hesablanmışdır. Cavabdeh 04 iyun 2023-cü il tarixli müqaviləyə əsasən Zaza Canoe moped üçün 2882,60 manat ödənilməmiş hissə, 288,40 manat cərimə borcu olmaqla, cəmi 3171 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqavilələrin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablanmış 288,40 məbləğində dəbbə pulu azaldılaraq 38 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04 iyun 2023-cü il tarixli 13982364 nömrəli müqavilə üzrə 2882,60 manat ödənilməmiş hissə və 38 manat cərimə borcu olmaqla, cəmi 2920,60 manat borcu tutulub iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 49,20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməli, 2,51 manat isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 iyun 2023-cü il tarixli 13982364 nömrəli müqavilə üzrə 2882,60 manat ödənilməmiş hissə və 38 manat cərimə borcu olmaqla, cəmi 2920,60 (iki min doqquz yüz iyirmi manat altmış qəpik) manat və ödənilmiş 49,20 (qırx doqquz manat iyirmi qəpik) dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasutəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-564/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-564/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver