Məhkəmə qərarları › İş №e-2(030)-567/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-567/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-567/2024 28.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 78750,94 manat məbləğində borcun və ödənilmiş 326,25 manat dövlət rüsumu tutulub iddiaçı «P-Aqro” MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-in etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli 70 nömrəli alqı-satqı müqaviləsinə əsasən Zərdab rayonu Bəyimli kəndi ərasizindən 200 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 246355,68 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməyi və avans götürüdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 5792 manat məbləğində çöp doğrama, 28173 manat məbləğində 1-ci şum, 216 manat məbləğində 2-ci şum, 1540 manat məbləğində tanden disk çəkmə, 7049,50 manat məbləğində ritasiyon mala, 3550 manat məbləğində kanal doldurma, 1180 manat məbləğində sahə daxili kanal çəkilişi, 245 manat məbləğində siyid səpini, 5520 manat məbləğində gübrə ilə çiyid səpini, 1520 manat məbləğində kultivasiya, 11305 manat məbləğində gübrə ilə kultivasiya, 240 manat məbləğində ritasiyon kultivasiya, 1520 manat məbləğində ritasiyon kultivasiya, 10010 manat məbləğində dərman səpini, 20090 manat məbləğində maşınla 14-cü üz pambıq yığımı, 16020 manat məbləğində maşınla 2-ci üz pambıq yığımı, 18200 manat məbləğində nəqd becərmə, avans pulu, 17638,40 manat məbləğində siyid, 78560,78 manat məbləğində dərman gübrə, 246355,68 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 155245,92 manat məbləğində 224779,88 kq xam-pambıq təhvil verilmiş, bununla da iddiaçıya 91109,76 manat borcu qalmışdır. 2022-ci il mövsumunda çəkilmiş 45096,10 manat xərcə qarşı 57454,92 manat məbləğində xam-pambıq təhvil vermişdir. Cavabdehin alacağı 12358,80 manat məbləği nəzərə alınmaqla iddiaçıya yekun 78750,94 manat borcu qalmışdır. Cavabdehin iddiaçıya borclu qalması barədə hər iki tərəfin imzası ilə təsdiq olunmuş iş və xidmətlərin yerinə yetirilməsi barədə 05 yanvar 2022-ci il və 05 yanvar 2023-cü il tarixli aktlar və sair sənədlər təsdiq edilmişdir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəbdən yayınmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 11 iyun 2021-ci il tarixli PAM00009600 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin Gəncə filialı vasitəsi ilə Cavabdeh hesabına 8000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 22 fevral 2021-ci il tarixli PAM00001534 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin Gəncə filialı vasitəsi ilə Cavabdeh hesabına 10200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 16 oktyabr 2021-ci il tarixli 535326 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2347,15 manat, 16 oktyabr 2021-ci il tarixli 535332 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2241,14 manat, 16 oktyabr 2021-ci il tarixli 535335 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2274,47 manat , 16 oktyabr 2021-ci il tarixli 535339 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2084,00 manat, 16 oktyabr 2021-ci il tarixli 535343 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2157,53 manat, 16 oktyabr 2021-ci il tarixli 535345 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1019,63 manat, 17 oktyabr 2021-ci il tarixli 535389 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1187,59 manat, 17 oktyabr 2021-ci il tarixli 535390 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 845,58 manat, 09 noyabr 2021-ci il tarixli 535778 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən “1932,08 manat, 09 noyabr 2021-ci il tarixli 535779 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2059,86 manat, 09 noyabr 2021-ci il tarixli 535782 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1705,46 manat, 09 noyabr 2021-ci il tarixli 535786 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1838,03 manat, 09 noyabr 2021-ci il tarixli 535787 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1683,63 manat, 09 noyabr 2021-ci il tarixli 535788 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1866,65 manat, 09 noyabr 2021-ci il tarixli 535796 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1989,54 manat, 09 noyabr 2021-ci il tarixli 535798 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2061,98 manat, 09 noyabr 2021-ci il tarixli 535799 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1955,21 manat, 09 noyabr 2021-ci il tarixli 535800 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1822,17 manat, 09 noyabr 2021-ci il tarixli 535802 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1675,31 manat, 10 noyabr 2021-ci il tarixli 535806 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2338,58 manat, 10 noyabr 2021-ci il tarixli 535807 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2534,96 manat, 10 noyabr 2021-ci il tarixli 535808 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2143,79 manat, 10 noyabr 2021-ci il tarixli 535811 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2084,81 manat, 10 noyabr 2021-ci il tarixli 535812 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2061,51 manat, 10 noyabr 2021-ci il tarixli 535814 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2104,74 manat, 10 noyabr 2021-ci il tarixli 535816 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1955,54 manat, 10 noyabr 2021-ci il tarixli 535817 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1989,55 manat, 10 noyabr 2021-ci il tarixli 535819 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2141,99 manat, 10 noyabr 2021-ci il tarixli 535822 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1648,01 manat, 14 noyabr 2021-ci il tarixli 535850 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1997,03 manat, 14 noyabr 2021-ci il tarixli 535858 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1334,08 manat, 14 noyabr 2021-ci il tarixli 535859 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1912,32 manat, 15 noyabr 2021-ci il tarixli 535867 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2806,34 manat, 15 noyabr 2021-ci il tarixli 535864 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən -yə 2387,95 manat,15 noyabr 2021-ci il tarixli 535869 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2243,83 manat,15 noyabr 2021-ci il tarixli 535871 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2568,29 manat, 15 noyabr 2021-ci il tarixli 535874 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2148,75 manat, 15 noyabr 2021-ci il tarixli 535875 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2410,04 manat, 15 noyabr 2021-ci il tarixli 535878 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2262,68 manat, 15 noyabr 2021-ci il tarixli 535879 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2454,97 manat, 19 noyabr 2021-ci il tarixli 535896 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1991,64 manat, 19 noyabr 2021-ci il tarixli 535900 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2240,06 manat, 19 noyabr 2021-ci il tarixli 535902 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1715,69 manat, 19 noyabr 2021-ci il tarixli 535906 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1961,75 manat, 19 noyabr 2021-ci il tarixli 535907 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1709,85 manat, 19 noyabr 2021-ci il tarixli 535910 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2049,90 manat, İşə əlavə edilmiş 19 noyabr 2021-ci il tarixli 535911 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1978,38 manat, 19 noyabr 2021-ci il tarixli 535912 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2002,70 manat, 19 noyabr 2021-ci il tarixli 535914 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1873,57 manat, 19 noyabr 2021-ci il tarixli 535922 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2097,49 manat, 19 noyabr 2021-ci il tarixli 535923 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2187,16 manat, 20 noyabr 2021-ci il tarixli 535927 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 75,83 manat, 20 noyabr 2021ci il tarixli 535928 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2070,22 manat, 20 noyabr 2021-ci il tarixli 535930 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2044,65 manat, 20 noyabr 2021-ci il tarixli 535932 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1896,36 manat, 20 noyabr 2021-ci il tarixli 535936 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 729,63 manat, 03 dekabr 2021-ci il tarixli 536052 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1402,45 manat,03 dekabr 2021-ci il tarixli 536053 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1246,97 manat, 04 dekabr 2021-ci il tarixli 536061 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1786,64 manat, 04 dekabr 2021-ci il tarixli 536062 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1691,98 manat, 04 dekabr 2021-ci il tarixli 536064 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1589,38 manat,05 dekabr 2021-ci il tarixli 536067 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1669,45 manat, 05 dekabr 2021-ci il tarixli 536069 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1552,64 manat, 05 dekabr 2021-ci il tarixli 536070 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1356,55 manat, 06 dekabr 2021-ci il tarixli 536078 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1777,80 manat, 06 dekabr 2021-ci il tarixli 536080 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1672,48 manat,06 dekabr 2021-ci il tarixli 536084 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1209,57 manat, 07 dekabr 2021-ci il tarixli 536090 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1658,81 manat, 07 dekabr 2021-ci il tarixli 536091 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1269,64 manat, 08 dekabr 2021-ci il tarixli 536092 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2305,92 manat, 08 dekabr 2021-ci il tarixli 536097 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2148,412 manat, 08 dekabr 2021-ci il tarixli 536099 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1949,64 manat, 08 dekabr 2021-ci il tarixli 536102 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1781,02 manat, 08 dekabr 2021-ci il tarixli 536103 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1745,12 manat, 09 dekabr 2021-ci il tarixli 536106 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1574,23 manat, 09 dekabr 2021-ci il tarixli 536110 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1813,84 manat, 09 dekabr 2021-ci il tarixli 536112 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 2090,88 manat, 12 dekabr 2021-ci il tarixli 536127 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1570,63 manat, 14 dekabr 2021-ci il tarixli 536133 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1470,09 manat, 14 dekabr 2021-ci il tarixli 536134 №-li GZM Seriyalı pambıq qəbulu qəbzinə əsasən 1745,34 manat məbləğində məhsul cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. 05 yanvar 2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktının surətindən görünür ki, İddiaçı MMC-nin Zərdab filialının direktoru X7, İddiaçı MMC-nin Zərdab filialının baş mühasibi X3, İddiaçı MMC-nin Zərdab filialının mexaniki dispeçiri X6, İddiaçı MMC-nin Zərdab filialının baş aqronomu X4 və fermer Cavabdeh iştirakı ilə tərtib edilən akta əsasən Zərdab rayonu Bəyimli kənd sakini Cavabdeh ilə İddiaçı MMC-nin Zərdab filialı arasında bağlanmış 70 nömrəli müqavilənin icrasi ilə bağlı 06 yanvar 2022-ci il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və Cavabdeh İddiaçı MMC-nin Zərdab filialına 91109,76 manat borcu qaldığı müəyyən edilmişdir. Aktın doğruluğu imzalar və möhürlə təsdiq edilmişdir. 24 yanvar 2022-ci il tarixli 001/54 nömrəli xəbərdarlıq məkrubundan görünür ki, İddiaçı MMC-nin Zərdab filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 70 nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus (icarəsində olan) Zərdab rayonunun Bəyimli kəndində yerləşən 200.00 ha torpaq sahəsində pambığın becərməyi ilə bağlı sifarişi əsasında, 146355,70 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Göstərilən xidmətin dəyərinin tam həcmdə ödənilməsi barədə öhdəliyinin olmasına baxmayaraq (mövsum başa çatmasına baxmayaraq) bu günədək tərəfindən 155245,92 manat məbləğində, 221779,88 kq xam pambıq təhvil verilmiş, İddiaçı MMC-nin Zərdab filialına 91109.80 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi barədə rəsmi xəbərdarlığa və şifahi müraciətlərə baxmayaraq, Cavabdeh borcu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Qeyd olunanlara əsasən borcun qısa müddətdə İddiaçı MMC-nin Zərdab filialına ödənilməsi xahiş edilmiş, əks halda, börçün ödənilməsi istiqamətində barəsində qanunvericiliyə üyğun tədbirlər görüləcəyi bildirilmişdir. 05 yanvar 2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı MMC-nin Zərdab filialının direktoru X7, İddiaçı MMC-nin Zərdab filialının baş mühasibi X3, İddiaçı MMC-nin Zərdab filialının mexaniki dispeçiri X6, İddiaçı MMC-nin Zərdab filialının baş aqronomu X4 və fermer Cavabdeh iştirakı akt tərtib edilmişdir ondan ötrü ki, Zərdab rayonu Bəyimli kənd sakini Cavabdeh ilə İddiaçı MMC-nin Zərdab filialı arasında bağlanmış 70 nömrəli müqavilənin icrasi ilə bağlı 06 yanvar 2022-ci il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və Cavabdeh İddiaçı MMC-nin Zərdab filialına 78750,94 manat borcu qaldığı müəyyən edilmişdir. Aktın doğruluğu imzalar və möhürlə təsdiq edilmişdir. 27 iyun 2024-cü il tarixdə tərtib edilmiş imtina aktının surətindən görünür ki,”P-Aqro” MMC-nin Zərdab filialı ilə Daşkəsən rayonu Kəmərqaya ünvanında qeydiyatda olan fermer Cavabdeh arasında bağlanmış 22 12.2020-ci il tarixli 70 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 91109,80 manat borc məbləği barədə xəbərdarlıq məktubu borclu ünvanında olmadığı üçün çatdırılmaması səbəbindən xx.xx.2024-cü il tarixdə borclu Cavabdeh oğ u İddiaçıMMC-nin Baş ofis inə dəvət olunmuş və xəbərdarlıq məktubu təqdim olunmuşdur. Cavabdeh əsassəz olaraq,səbəbini göstərmədən xəbərdarlıq məktubunu almaqdan imtina etdi. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. 15 avqust 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən surətindən görünür ki, «P-Aqro” MMC tərəfindən 326,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı MMC-nin Zərdab filialı ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli 70 nömrəli alğı-satqı müqaviləsinə əsasən Zərdab rayonu, Bəyimli kəndi ərazisində 200,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 246355,68 manat dəyərində işlər və xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 155245,92 manat məbləğində 224779,88 kq xam-pambıq təhvil verilmiş, bununla da iddiaçıya 91109,76 manat borcu qalmışdır. 2022-ci il mövsumunda çəkilmiş 45096,10 manat xərcə qarşı 57454,92 manat məbləğində xam-pambıq təhvil vermişdir. Cavabdehin alacağı 12358,80 manat məbləği nəzərə alınmaqla iddiaçıya yekun 78750,94 manat borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 78750,94 manat məbləğində borc tutulub İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 326,25 manat məbləğində dövlət rüsumu cavabdehdən tuutlub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. 217.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 78750,94 (yetmiş səkkiz min yeddi yüz əlli manat doxsan dörd qəpik) manat məbləğində borc tutulub İddiaçı MMC-nin hesabına ödənilsin. Ödənilmiş 326,25 (üç yüz iyirmi altı manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar