Məhkəmə qərarları › İş №e-2(030)-572/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-572/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-572/2024 02.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 noyabr 2023-cü il tarixli 03337123 nömrəli müqaviləyə əsasən 1 ədəd “X5 12” markalı mobil telefon üçün 653,98 manat ödənilməmiş hissə və 65,02 manat cərimə borcu və 20 avqust 2023-cü il tarixli 12193173 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A14” markalı mobil telefon və “X3-C” markalı adapter üçün 438,83 manat ödənilməmiş hissə və 43,17 manat cərimə borcu olmaqla, ümumilikdə 1201 manat borc və ödənilmiş 32,01 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 22 avqust 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 03337123 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 40,66 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “X5 12” markalı mobil telefonu 731,88 manata, 20 avqust 2023-cü il tarixli 12193173 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 53,75 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A14” markalı mobil telefon və “X3-C” markalı adapteri 645 manata satın almışdır. Cavabdeh tərəfindən 284,07 manat məbləğində ödəniş edilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin MMC-yə 15 noyabr 2023-cü il tarixli 03337123 nömrəli müqavilə üzrə 653,98 manat ödənilməmiş hissə və 65,02 manat cərimə borcu, 20 avqust 2023-cü il tarixli 12193173 nömrəli müqavilə üzrə 438,83 manat ödənilməmiş hissə və 43,17 manat cərimə borcu olmaqla, ümumilikdə 1201 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 20 avqust 2023-cü il tarixli 12193173 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2023-cü il tarixli 12193173 nömrəli müqaviləyə əsasən sonuncu 645 manat məbləğində “Samsung Galaxy A14” markalı mobil telefon və “X3-C” markalı adapteri satın almış və “Samsung Galaxy A14” markalı mobil telefon və “X3-C” markalı adapter Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 15 noyabr 2023-cü il tarixli 03337123 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 03337123 nömrəli müqaviləyə əsasən sonuncu 731,88 manat məbləğində olan “X5 12” markalı mobil telefonu satın almış və 1 ədəd “X5 12” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. "xxxx" MMC -nin Problemli Kreditlər Departamentinin 29 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli və 20 avqust 2023-cü il tarixli müqavilələrə əsasən Cavabdeh “X5 12” markalı mobil telefon, “Samsung Galaxy A14” markalı mobil telefon və “X3-C” markalı adapter almışdır. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni ödənişdə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Odur ki, xəbərdalıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 03 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 noyabr 2023-cü il tarixli 03337123 nömrəli müqavilə üzrə cəmi 653,98 manat ödənilməmiş hissə və 65,02 manat cərimə borcu olmaqla, cəmi 719 manat, 20 avqust 2023-cü il tarixli 12193173 nömrəli müqaviləyə əsasən 438,83 manat ödənilməmiş hissə və 43,17 manat cərimə borcu olmaqla, cəmi 482 manat məbləğində borcu vardır. 06 avqust 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 32,01 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 noyabr 2023-cü il tarixli 03337123 nömrəli müqaviləyə əsasən “X5 12” markalı mobil telefonu 731,88 manata və 20 avqust 2023-cü il tarixli 12193173 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A14” markalı mobil telefon və “X3-C” markalı adapter 645 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 284,07 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin MMC-yə 15 noyabr 2023-cü il tarixli 03337123 nömrəli müqavilə üzrə 653,98 manat ödənilməmiş hissə və 65,02 manat cərimə borcu, 20 avqust 2023-cü il tarixli 12193173 nömrəli müqavilə üzrə 438,83 manat ödənilməmiş hissə və 43,17 manat cərimə borcu olmaqla, ümumilikdə 1201 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 284,07 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə görə, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 15 noyabr 2023-cü il tarixli 03337123 nömrəli müqavilə üzrə 653,98 manat ödənilməmiş hissə və 65,02 manat cərimə borcu, 20 avqust 2023-cü il tarixli 12193173 nömrəli müqavilə üzrə 438,83 manat ödənilməmiş hissə və 43,17 manat cərimə borcu olmaqla, ümumilikdə 1201 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 32,01 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15 noyabr 2023-cü il tarixli 03337123 nömrəli müqavilə üzrə 653,98 manat ödənilməmiş hissə və 65,02 manat cərimə borcu, 20 avqust 2023-cü il tarixli 12193173 nömrəli müqavilə üzrə 438,83 manat ödənilməmiş hissə və 43,17 manat cərimə borcu olmaqla, ümumilikdə 1201 (bir min iki yüz bir) manat pul vəsaiti və ödənilmiş 32,01 (otuz iki manat bir qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar