Məhkəmə qərarları › İş №e-2(030)-576/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-576/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-576/2024 02.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 avqust 2023-cü il tarixli 03544311 nömrəli müqaviləyə əsasən “Samsung Charger” və “Samsung Galaxy A14” markalı mobil telefon üçün 382,38 manat ödənilməmiş hissə və 38,62 manat cərimə borcu, 29 aprel 2023-cü il tarixli 03513029 nömrəli müqaviləyə əsasən “X4 12” markalı telefon üçün 381,71 manat ödənilməmiş hissə və 38,29 manat cərimə borcu, 21 yanvar 2023-cü il tarixli 12192208 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A04S” markalı mobil telefon üçün 322,38 manat ödənilməmiş hissə və 32,62 manat cərimə borcu, 11 oktyabr 2022-ci il tarixli 03511947 nömrəli müqaviləyə əsasən “LG” markalı paltaryuyan üçün 216,88 manat ödənilməmiş hissə və 21,12 manat cərimə borcu, 06 yanvar 2023-cü il tarixli 09461638 nömrəli müqaviləyə əsasən “Pioneer” markalı maqnitofon üçün 108,57 manat ödənilməmiş hissə və 10,43 manat cərimə borcu olmaqla, ümumilikdə 1553 manat borc və ödənilmiş 35,53 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 23 avqust 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2023-cü il tarixli 03544311 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 34,25 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “ “Samsung Charger”, “Samsung Galaxy A10” markalı mobil telefonu 411 manata, 29 aprel 2023-cü il tarixli 03513029 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 57,91 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X4 12” markalı telefonu 694,42 manata, 21 yanvar 2023-cü il tarixli 12192208 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 30,78 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A04S” markalı mobil telefonu 554,04 manata, 11 oktyabr 2022-ci il tarixli 03511947 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 79,84 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “LG” markalı paltaryuyanı 1547,12 manata, 06 yanvar 2023-cü il tarixli 09461638 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 27,67 manat ödəməklə 12 ay müddətinə “Pioneer” markalı maqnitofonu 332,04 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 2127,20 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin 18 avqust 2023-cü il tarixli 06544311 nömrəli müqavilə üzrə 382,38 manat ödənilməmiş hissə və 38,62 manat cərimə borcu, 29 aprel 2023-cü il tarixli 03513029 nömrəli müqavilə üzrə 381,71 manat ödənilməmiş hissə və 38,29 manat cərimə borcu, 21 yanvar 2023-cü il tarixli 12192208 nömrəli müqavilə üzrə 322,38 manat ödənilməmiş hissə və 32,62 manat cərimə borcu, 11 oktyabr 2022-ci il tarixli 03511947 nömrəli müqavilə üzrə 216,88 manat ödənilməmiş hissə və 21,12 manat cərimə borcu, 06 yanvar 2023-cü il tarixli 09461638 nömrəli müqavilə üzrə 108,57 manat ödənilməmiş hissə və 10,43 manat cərimə borcu olmaqla, ümumilikdə 1553 manat borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 18 avqust 2023-cü il tarixli 03544311 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2023-cü il tarixli 03544311 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 34,25 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Charger” və “Samsung Galaxy A14” markalı mobil telefonu 411 manata satış almış və 1 ədəd “Samsung Charger” və “Samsung Galaxy A14” markalı mobil telefonu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 29 aprel 2023-cü il tarixli 03513029 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2023-cü il tarixli 03513029 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 57,91 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X4 12” markalı telefonu 694,42 manata satış almış və 1 ədəd “X4 12” markalı mobil telefonu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 21 yanvar 2023-cü il tarixli 12192208 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2023-cü il tarixli 12192208 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 30,78 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A04S” markalı mobil telefonu 554,04 manata satış almış və 1 ədəd “Samsung Galaxy A04S” markalı mobil telefonu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 11 oktyabr 2022-ci il tarixli 03511947 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2022-ci il tarixli 03511947 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 79,84 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “LG” markalı paltaryuyanı 1547,12 manata manata satış almış və 1 ədəd “LG” markalı paltaryuyanı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 06 yanvar 2023-cü il tarixli 09461638 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli 09461638 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 27,67 manat ödəməklə 12 ay müddətinə “Pioneer” markalı maqnitofonu 332,04 manata satış almış və 1 ədəd “Pioneer” markalı maqnitofonu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 06 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 avqust 2023-cü il tarixli 06544311 nömrəli müqavilə üzrə 382,38 manat ödənilməmiş hissə və 38,62 manat cərimə borcu, 29 aprel 2023-cü il tarixli 03513029 nömrəli müqavilə üzrə 381,71 manat ödənilməmiş hissə və 38,29 manat cərimə borcu, 21 yanvar 2023-cü il tarixli 12192208 nömrəli müqavilə üzrə 322,38 manat ödənilməmiş hissə və 32,62 manat cərimə borcu, 11 oktyabr 2022-ci il tarixli 03511947 nömrəli müqavilə üzrə 216,88 manat ödənilməmiş hissə və 21,12 manat cərimə borcu, 06 yanvar 2023-cü il tarixli 09461638 nömrəli müqavilə üzrə 108,57 manat ödənilməmiş hissə və 10,43 manat cərimə borcu olmaqla, ümumilikdə 1553 manat borcu vardır. "xxxx" MMC -nin Problemli Kreditlər Departamentinin 19 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2023-cü il tarixli, 29 aprel 2023-cü il tarixli, 21 yanvar 2023-cü il tarixli, 11 oktyabr 2022-ci il tarixli və 06 yanvar 2023-cü il tarixli müqavilələrə əsasən Cavabdeh “Samsung” markalı 2 ədəd mobil telefon və adapter, “Xiaomi” markalı mobil telefon, “LG” markalı paltaryuyan, “Pioneer” markalı maqnitofon almışdır. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni ödənişdə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Odur ki, xəbərdalıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 13 avqust 2024-cü il tarixli 63790828 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 35,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2023-cü il tarixli 03544311 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 34,25 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “ “Samsung Charger”, “Samsung Galaxy A10” markalı mobil telefonu 411 manata, 29 aprel 2023-cü il tarixli 03513029 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 57,91 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X4 12” markalı telefonu 694,42 manata, 21 yanvar 2023-cü il tarixli 12192208 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 30,78 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A04S” markalı mobil telefonu 554,04 manata, 11 oktyabr 2022-ci il tarixli 03511947 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 79,84 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “LG” markalı paltaryuyanı 1547,12 manata, 06 yanvar 2023-cü il tarixli 09461638 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 27,67 manat ödəməklə 12 ay müddətinə “Pioneer” markalı maqnitofonu 332,04 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 2127,20 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin 18 avqust 2023-cü il tarixli 06544311 nömrəli müqavilə üzrə 382,38 manat ödənilməmiş hissə və 38,62 manat cərimə borcu, 29 aprel 2023-cü il tarixli 03513029 nömrəli müqavilə üzrə 381,71 manat ödənilməmiş hissə və 38,62 manat cərimə borcu, 21 yanvar 2023-cü il tarixli 12192208 nömrəli müqavilə üzrə 322,38 manat ödənilməmiş hissə və 32,62 manat cərimə borcu, 11 oktyabr 2022-ci il tarixli 03511947 nömrəli müqavilə üzrə 216,88 manat ödənilməmiş hissə və 21,12 manat cərimə borcu, 06 yanvar 2023-cü il tarixli 09461638 nömrəli müqavilə üzrə 108,57 manat ödənilməmiş hissə və 10,43 manat cərimə borcu olmaqla, ümumilikdə 1553 manat borc yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə görə, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 18 avqust 2023-cü il tarixli 03544311 nömrəli müqavilə üzrə 382,38 manat ödənilməmiş hissə və 38,62 manat cərimə borcu, 29 aprel 2023-cü il tarixli 03513029 nömrəli müqavilə üzrə 381,71 manat ödənilməmiş hissə və 38,29 manat cərimə borcu, 21 yanvar 2023-cü il tarixli 12192208 nömrəli müqavilə üzrə 322,38 manat ödənilməmiş hissə və 32,62 manat cərimə borcu, 11 oktyabr 2022-ci il tarixli 03511947 nömrəli müqavilə üzrə 216,88 manat ödənilməmiş hissə və 21,12 manat cərimə borcu, 06 yanvar 2023-cü il tarixli 09461638 nömrəli müqavilə üzrə 108,57 manat ödənilməmiş hissə və 10,43 manat cərimə borcu olmaqla, ümumilikdə 1553 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35,53 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18 avqust 2023-cü il tarixli 03544311 nömrəli müqavilə üzrə 382,38 manat ödənilməmiş hissə və 38,62 manat cərimə borcu, 29 aprel 2023-cü il tarixli 03513029 nömrəli müqavilə üzrə 381,71 manat ödənilməmiş hissə və 38,29 manat cərimə borcu, 21 yanvar 2023-cü il tarixli 12192208 nömrəli müqavilə üzrə 322,38 manat ödənilməmiş hissə və 32,62 manat cərimə borcu, 11 oktyabr 2022-ci il tarixli 03511947 nömrəli müqavilə üzrə 216,88 manat ödənilməmiş hissə və 21,12 manat cərimə borcu, 06 yanvar 2023-cü il tarixli 09461638 nömrəli müqavilə üzrə 108,57 manat ödənilməmiş hissə və 10,43 manat cərimə borcu olmaqla, ümumilikdə 1553 (bir min beş yüz əlli üç) manat pul vəsaiti və ödənilmiş 35,53 (otuz beş manat əlli üç qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar