Məhkəmə qərarları › İş №e-2(030)-606/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-606/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-606/2025 16.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 fevral 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “İphone 13” markalı mobil telefon və 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 14C” markalı mobil telefon üçün 1678.68 manat borc və ödənilmiş 36.79 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 10 sentyabr 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən sonuncu hər ay 67.72 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “İphone 13” markalı mobil telefon xidmətini 1538.96 manata satın almışdır. 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqavilə əsasən sonuncu hər ay 24.10 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Xiaomi Redmi 14C” markalı mobil telefonu 307.20 manata satın almışdır. Cavabdehin MMC-yə 19 fevral 2025ci il tarixli ********** nömrəli müqavilə üzrə 1218.96 manat ödənilməmiş hissə,121.90 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul və 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 264.20 manat ödənilməmiş hissə, 26.42 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul borcu olmaqla, ümumilikdə 1678.68 manat məbləğində borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 363 manat təşkil edir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 19 fevral 2025-ci il tarixli ********** nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən sonuncu hər ay 67.72 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1538.96 manat olan 1 ədəd “İphone 13” markalı mobil telefonu satın almış və 19 fevral 2025-ciil tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********29823 olan “İphone 13 128gb midnight” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən sonuncu hər ay 24.10 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 307.20 manat olan 1 ədəd “Xiaomi Redmi 14C” markalı mobil telefonu satın almış və 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********36247 olan “Xiaomi Redmi 14C 4/128gb midnight black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 22 avqust 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19 fevral 2025-ci il tarixli ********** nömrəli müqavilə əsasən 1 ədəd “İphone 13” markalı mobil telefon üçün 1218.96 manat ödənilməmiş hissə,121.90 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 14C” markalı mobil telefon üçün 264.20 manat ödənilməmiş hissə borcu, 26.42 manat cərimə və İnnovvativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, ümumilikdə 1678.68 manat məbləğində borcu vardır. 14 avqust 2025-ci il tarixli "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli müqaviləsi üzrə Cavabdeh öhdəliklərin icrasını gecikdirmiş, yəni ödənişdə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Odur ki, xəbərdalıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 22 avqust 2025-ci il tarxili Arayışından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei Kodu **********29823 olan “İphone 13” və İmei Kodu **********36247 olan “Xiaomi Redmi 14C” markalı mobil telefonların açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər birinə 23.60 manat olmaqla, cəmi 47.20 manat pul ödənilmişdir. 26 avqust 2024-cü il tarixli 75789998 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 36.78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 19 fevral 2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən 1 ədəd “İphone 13” markalı mobil telefonu 1538.96 manata və 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqavilə əsasən 1 ədəd “Xiaomi Redmi 14C” markalı mobil telefonu 307.20 manata satın almışdır. Cavabdehin MMC-yə 19 fevral 2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 1218.96 manat ödənilməmiş hissə, 121.90 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 264.20 manat ödənilməmiş hissə borcu, 26.42 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, ümumilikdə 1678.68 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 363 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 19 fevral 2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 1218.96 manat ödənilməmiş hissə, 121.90 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 264.20 manat ödənilməmiş hissə borcu, 26.42 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, ümumilikdə 1678.68 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36.79 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19 fevral 2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 1218.96 manatəsas borc, 121.90 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul, 07 yanvar 2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 264.20 manat əsas borc, 26.42 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat pul olmaqla, ümumilikdə 1678.68 manat pul vəsaiti və ödənilmiş 36.79 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar