Məhkəmə qərarları › İş №e-2(030)-61/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-61/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-61/2025 13.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, caavbdeh Cavabdehн 23 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu üçün 349,35 manat ödənilməmiş hissə və 34,65 manat cərimə borcu, 31 avqust 2023-cü il tarixli müqaviləyə əsasən “Panasonic KX” markalı ev telefonu üçün 119,48 manat ödənilməmiş hissə və 11,52 manat cərimə borcu olmaqla, ümumlikdə 515 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onun əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 10723736 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 47,22 manat ödəməklə 18 ay müddətinə “Samsung” markalı soyuducunu 949,96 manata satın almış və 100 manat ilkin ödəniş etmişdir. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2023-cü il tarixli 03905323 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 56,66 manat ödəməklə 3 ay müddətinə “Panasonic KX” markalı ev telefonu 178,48 manata satın almış və 8,50 manat ilkin ödəniş etmişdir. Cavabdeh kredit müqavilələri üzrə cəmi 659,61 manat ödəniş etmişdir. Hazırda cavabdehin MMC-yə 23 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu üçün 349,35 manat ödənilməmiş hissə və 34,65 manat cərimə borcu, 31 avqust 2023-cü il tarixli müqaviləyə əsasən “Panasonic KX” markalı ev telefonu üçün 119,48 manat ödənilməmiş hissə və 11,52 manat cərimə borcu olmaqla, ümumlikdə 515 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . İşə əlavə edilmiş 23 dekabr 2022-ci il tarixli 10723736 nömrəli “Müqavilə” və müqaviləyə əlavələrin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 10723736 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 47,22 manat ödəməklə 18 ay müddətinə 949,96 manat məbləğində “Samsung” markalı soyuducu satın almışdır. İşə əlavə edilmiş 23 dekabr 2022-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 23 dekabr 2022-ci il tarixli 10723736 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung” markalı soyuducu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 31 avqust 2023-cü il tarixli 03905323 nömrəli “Müqavilə” və müqaviləyə əlavələrin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2023-cü il tarixli 03905323 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 56,66 manat ödəməklə 3 ay müddətinə 178,48 manat məbləğində “Panasonic KX” markalı ev telefonu satın almışdır. İşə əlavə edilmiş 23 dekabr 2022-ci il tarixli bildirişin və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, 23 dekabr 2022-ci il tarixli 10723736 nömrəli müqaviləyə əsasən 1 ədəd “Panasonic KX” markalı ev telefonu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 05 noyabr 2024-cü il tarixli 68419132 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli 10723736 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 47,22 manat ödəməklə 18 ay müddətinə “Samsung” markalı soyuducunu 949,96 manata satın almışdır. Cavabdeh tərəfindən müqavilə üzrə 100 manat ilkin ödəniş etmişdir. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2023-cü il tarixli 03905323 nömrəli müqaviləyə əsasən sonuncu hər ay 56,66 manat ödəməklə 3 ay müddətinə “Panasonic KX” markalı ev telefonu 949,96 manata satın almışdır. Cavabdeh tərəfindən müqavilə üzrə 8,50 manat ilkin ödəniş etmişdir. Cavabdeh cəmi 659,61 manat ödəniş etmişdir. Hazırda cavabdehin MMC-yə 23 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu üçün 349,35 manat ödənilməmiş hissə və 34,65 manat cərimə borcu, 31 avqust 2023-cü il tarixli müqaviləyə əsasən “Panasonic KX” markalı ev telefonu üçün 119,48 manat ödənilməmiş hissə və 11,52 manat cərimə borcu olmaqla, ümumlikdə 515 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23 dekabr 2022-ci il tarixli 10723736 nömrəli müqaviləyə əsasən “Samsung” markalı soyuducu üçün 349,35 manat ödənilməmiş hissə və 34,65 manat cərimə borcu, 31 avqust 2023-cü il tarixli 03905323 nömrəli müqaviləyə əsasən “Panasonic KX” markalı ev telefonu üçün 119,48 manat ödənilməmiş hissə və 11,52 manat cərimə borcu olmaqla, ümumlikdə 515 manat məbləği tutulub iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 23 dekabr 2022-ci il tarixli 10723736 nömrəli müqaviləyə əsasən “Samsung” markalı soyuducu üçün 349,35 manat ödənilməmiş hissə və 34,65 manat cərimə borcu, 31 avqust 2023-cü il tarixli 03905323 nömrəli müqaviləyə əsasən “Panasonic KX” markalı ev telefonu üçün 119,48 manat ödənilməmiş hissə və 11,52 manat cərimə borcu olmaqla, ümumlikdə 515 (beş yüz on beş) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar