Məhkəmə qərarları › İş №e-2(030)-632/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-632/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-632/2024 29.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung” markalı tozsoran, 2 ədəd “Morelli” markalı qranit tava və 25 yanvar 2024-cü il tarixli 02873079 ömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Goranje” markalı mikrodalğalı soba üçün 238 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 24 sentyabr 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 93.32 manat ödəməklə 3 ay müddətinə 1 ədəd “Samsung” markalı tozsoran, 2 ədəd “Morelli” markalı qranit tavanı 293.96 manata satın almışdır. 25 yanvar 2024-cü il tarixli 02873079 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 33.33 manat ödəməklə 3 ay müddətinə 1 ədəd “Goranje” markalı mikrodalğalı sobanı 104.99 manata satın almışdır. Cavabdehin MMC-yə 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli “Müqavilə” üzrə 193.90 manat ödənilməmiş hissə, 19.10 manat cərimə borcu və 25 yanvar 2024-cü il tarixli 02873079 nömrəli “Müqavilə” üzrə 22.54 manat ödənilməmiş hissə, 2.46 manat cərimə borcu olmaqla, ümumilikdə 238 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 93.32 manat ödəməklə 3 ay müddətinə alqı-satqı qiyməti 293.96 manat olan 1 ədəd “Samsung” markalı tozsoran, 2 ədəd “Morelli” markalı qranit tavanı satın almış və 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung VC18M31B0HN/EV” markalı tozsoran, 2 ədəd “Morelli 24SM” markalı qrnait tava Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 25 yanvar 2024-cü il tarixli 02873079 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 25 yanvar 2024-cü il tarixli 02873079 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 33.33 manat ödəməklə 3 ay müddətinə alqı-satqı qiyməti 104.99 manat olan 1 ədəd “Goranje” markalı mikrodalğalı sobanı satın almış və 25 yanvar 2024cü il tarixli 02873079 nömrəli müqaviləyə əsasən 1 ədəd “Goranje MO17E1W” markalı mikrodalğalı soba Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 31 avqust 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung” markalı tozsoran, 2 ədəd “Morelli” markalı qranit tavanı üçün 193.90 manat ödənilməmiş hissə və 19.10 manat cərimə borcu, 25 yanvar 2024-cü il tarixli 02873079 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Goranje” markalı mikrodalğalı soba üçün 22.54 manat ödənilməmiş hissə və 2.46 manat cərimə borcu olmaqla, ümumilikdə isə 238 manat məbləğində borcu vardır. 20 avqust 2024-cü il tarixli 64151762 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30.35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung” markalı tozsoran, 2 ədəd “Morelli” markalı qranit tavanı 293.96 manata və 25 yanvar 2024-cü il tarixli 02873079 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Goranje” markalı mikrodalğalı sobanı 104.99 manata satın almışdır. Cavabdehin MMC-yə 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli “Müqavilə” üzrə 193.90 manat ödənilməmiş hissə və 19.10 manat cərimə borcu, 25 yanvar 2024-cü il tarixli 02873079 nömrəli “Müqavilə” üzrə 22.54 manat ödənilməmiş hissə və 2.46 manat cərimə borcu olmaqla, ümumilikdə 238 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 182.51 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli “Müqavilə” üzrə 193.90 manat ödənilməmiş hissə və 19.10 manat cərimə borcu, 25 yanvar 2024-cü il tarixli 02873079 nömrəli “Müqavilə” üzrə 22.54 manat ödənilməmiş hissə və 2.46 manat cərimə borcu olmaqla, ümumilikdə 238 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 fevral 2024-cü il tarixli 02873134 nömrəli müqavilə üzrə 213 manat borc, 25 yanvar 2024-cü il tarixli 02873079 nömrəli müqavilə üzrə 25 manat borc olmaqla, ümumilikdə 238 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar