Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-639/2023 15.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefon və 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı paltaryuyan üçün 1531 manat borc və ödənilmiş 35.31 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 25 oktyabr 2023-cü il tarixdə “həbsdədir” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 39.99 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefonu 481.38 manata satın almışdır. 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 62.27 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı paltaryuyanu 1120.86 manata satın almışdır. Cavabdehin MMC-yə 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli “Müqavilə” üzrə 399.88 manat ödənilməmiş hissə, 39.12 manat cərimə borcu və 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli “Müqavilə” üzrə 992.86 manat ödənilməmiş hissə və 99.14 manat cərimə borcu olmaqla, ümumilikdə 1531manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 39.99 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 481.38 manat olan 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefonu satın almış və 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A03 (SM-A035) 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 62.27 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1120.86 manat olan 1 ədəd "xxxx" markalı paltaryuyanı satın almış və 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli müqaviləyə əsasən 1 ədəd “TOSHİBA TW-BL80A2UZ(SS) Gümüşü” markalı paltaryuyan Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 05 sentyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06 oktyabr 2022-ciil tarixli 03522339 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefon üçün 399.88 manat ödənilməmiş hissə və 39.12 manat cərimə borcu, 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı paltaryuyan üçün 992.86 manat ödənilməmiş hissə və 99.14 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1531 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A03” markalı mobil telefonu 481.38 manata və 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı paltaryuyanı 1120.86 manata satın almışdır. Cavabdehin MMC-yə 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli “Müqavilə” üzrə 399.88 manat ödənilməmiş hissə və 39.12 manat cərimə borcu, 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli “Müqavilə” üzrə 992.86 manat ödənilməmiş hissə və 99.14 manat cərimə borcu olmaqla, ümumilikdə 652 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 209.50 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli müqavilə üzrə hesablanmış 39.12 manat məbləğində cərimə azaldılaraq 0.12 manat, 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli müqavilə üzrə hesablanmış 99.14 manat məbləğində cərimə azaldılaraq 0.14 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli müqavilə üzrə 400 manat və 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli müqavilə üzrə 993 manat, ümumilikdə 595 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 35.31 manat məbləğində dövlət rüsumunun 32 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 oktyabr 2022-ci il tarixli 03522339 nömrəli müqavilə üzrə 400 manat, 17 oktyabr 2022-ci il tarixli 03382421 nömrəli müqavilə üzrə 993 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-639/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-639/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver