Məhkəmə qərarları › İş №e-2(030)-640/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-640/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-640/2023 16.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X2 (bundan sonra "xxxx" MMC) cavabdeh X5 qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 23 fevral 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “Samsung” markalı soyuducu üçün 526 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 556 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, X5 iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Əsgərova Sevil 24 oktyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 23 fevral 2022ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 82.13 manat ödəməklə 18 ay müddətinə “Samsung” markalı soyuducunu 1813.34 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 1335 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 23 fevral 2022-ci tarixli ******* nömrəli “Müqavilə” üzrə 478.34 manat ödənilməmiş hissə və 47.66 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 23 fevral 2022-ci tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 23 fevral 2022-ci tarixli ******* nömrəli “Müqavilə”yə əsasən “Samsung” markalı soyuducunu satın almış, 23 fevral 2022-ci tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung RB34T670FBN/WT Qara” markalı mobil telefon X5 təhvil verilmiş, Əsgərova Sevil tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 14 sentyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, X3 23 fevral 2022-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “Samsung” markalı soyuducunu üçün 4478.34 manat ödənilməmiş hissə və 47.66 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 15 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə X6 arasında 23 fevral 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Samsung” markalı soyuducunu 1813.34 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 1335 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 23 fevral 2022-ci tarixli ******* nömrəli üzrə hesablanmış 47.66 manat məbləğində cərimə azaldılaraq 0.66 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 23 fevral 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “Samsung” markalı soyuducunu üçün 479 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 23 fevral 2022-ci il tarixli ******* m nömrəli müqaviləyə əsasən “Samsung” markalı soyuducunu üçün 479 manat borcu və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X4 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar