Məhkəmə qərarları › İş №e-2(030)-650/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-650/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-650/2023 16.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 iyul 2021-ci il tarixli 23212804 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 231 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 01 noyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci tarixli 23212804 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 48 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefonu 576 manata satın almışdır. Cavabdeh tərəfindən 366 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 13 iyul 2021-ci tarixli 23212804 nömrəli “Müqavilə” üzrə 210 manat ödənilməmiş hissə və 21 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 13 iyul 2021-ci tarixli 23212804 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci il tarixli 23212804 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 48 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 576 manat olan 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefonu satın almış və İMEİ kodu **********69818 olan “Xiaomi Redmi 9T 4/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13 iyul 2021-ci il tarixli 23212804 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 210 manat ödənilməmiş hissə və 21 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 22 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 13 iyul 2021-ci il tarixli 23212804 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefonu 576 manata satın almışdır. Cavabdeh tərəfindən 366 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 13 iyul 2021-ci il tarixli 23212804 nömrəli “Müqavilə” üzrə 210 manat ödənilməmiş hissə və 21 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 13 iyul 2021-ci il tarixli 23212804 nömrəli müqavilə üzrə hesablanmış 21 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 iyul 2021-ci il tarixli 23212804 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 211 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 iyul 2021-ci il tarixli 23212804 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 211 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar