Məhkəmə qərarları › İş №e-2(030)-657/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-657/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-657/2023 22.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 iyun 2021-ci il tarixli 23136805 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 47 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 30 oktyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2021ci tarixli 23136805 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 35.80 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefonu 468.60 manata satın almışdır. Cavabdeh tərəfindən 426 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 12 iyun 2021ci tarixli 23136805 nömrəli “Müqavilə” üzrə 42.60 manat ödənilməmiş hissə və 4.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 12 iyun 2021-ci tarixli 23136805 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2021-ci il tarixli 23136805 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 43.17 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 468.60 manat olan 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefonu satın almış və İMEİ kodu **********93617 olan “SAMSUNG GALAXY (SM-A125) 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 26 sentyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 iyun 2021-ci il tarixli 23136805 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 42.60 manat ödənilməmiş hissə və 4.40 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 28 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12 iyun 2021-ci il tarixli 23136805 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A12 ” markalı mobil telefonu 468.60 manata satın almışdır. Cavabdeh tərəfindən 426 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 12 iyun 2021-ci il tarixli 23136805 nömrəli “Müqavilə” üzrə 42.60 manat ödənilməmiş hissə və 4.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 12 iyun 2021-ci il tarixli 23136805 nömrəli müqavilə üzrə hesablanmış 4.40 manat məbləğində cərimə azaldılaraq 0.40 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 iyun 2021-ci il tarixli 23136805 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 43 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 iyun 2021-ci il tarixli 23136805 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 43 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar