Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-657/2024 07.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X4 12” markalı mobil telefon və 30 may 2023-cü il tarixli 03543661 ömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X4 12” markalı mobil telefon üçün 310 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 30 sentyabr 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 41.42 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X4 12” markalı mobil telefonu 543.04 manata satın almışdır. 30 may 2023-cü il tarixli 03543661 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 41.60 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X4 12” markalı mobil telefonu 544.20 manata satın almışdır. Cavabdehin MMC-yə 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli “Müqavilə” üzrə 163.82 manat ödənilməmiş hissə, 16.18 manat cərimə borcu və 30 may 2023-cü il tarixli 03543661 nömrəli “Müqavilə” üzrə 118.03 manat ödənilməmiş hissə, 11.97 manat cərimə borcu olmaqla, ümumilikdə 310 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 41.42 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 543.04 manat olan 1 ədəd “X4 12” markalı mobil telefonu satın almış və 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********77461 olan “X4 12 4GB/128GB Onyx Gray” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 30 may 2023-cü il tarixli 03543661 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 30 may 2023-cü il tarixli 03543661 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 41.60 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 544.20 manat olan 1 ədəd “X4 12” markalı mobil telefonu satın almış və 30 may 2023-cü il tarixli 03543661 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********77461 olan “X4 12 4GB/128GB NFC Onyx Gray” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 13 sentyabr 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X4 12” markalı mobil telefon üçün 163.82 manat ödənilməmiş hissə və 16.18 manat cərimə borcu, 30 may 2023-cü il tarixli 03543661 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X4 12” markalı mobil telefon üçün 118.03 manat ödənilməmiş hissə və 11.97 manat cərimə borcu olmaqla, ümumilikdə isə 310 manat məbləğində borcu vardır. 15 sentyabr 2024-cü il tarixli 65629928 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli müqaviləyə əsasən 1 ədəd “X4 12” markalı mobil telefonu 543.04 manata və 30 may 2023-cü il tarixli 03543661 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X4 12” markalı mobil telefonu 544.20 manata satın almışdır. Cavabdehin MMC-yə 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli “Müqavilə” üzrə 163.82 manat ödənilməmiş hissə və 16.18 manat cərimə borcu, 30 may 2023-cü il tarixli 03543661 nömrəli “Müqavilə” üzrə 118.03 manat ödənilməmiş hissə və 11.97 manat cərimə borcu olmaqla, ümumilikdə 310 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 182.51 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli “Müqavilə” üzrə 163.82 manat ödənilməmiş hissə və 16.18 manat cərimə borcu, 30 may 2023-cü il tarixli 03543661 nömrəli “Müqavilə” üzrə 118.03 manat ödənilməmiş hissə və 11.97 manat cərimə borcu olmaqla, ümumilikdə 310 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMCyə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 08 iyul 2023-cü il tarixli 15604377 nömrəli müqavilə üzrə 180 manat borc, 30 may 2023-cü il tarixli 03543661 nömrəli müqavilə üzrə 130 manat borc olmaqla, ümumilikdə 310 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-657/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-657/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver