Məhkəmə qərarları › İş №e-2(030)-660/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-660/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-660/2023 22.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “LG Led” markalı televizor üçün 615 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 645 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 46.68 manat ödəməklə 18 ay müddətinə “LG Led” markalı televizoru 840.24 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 281.20 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 22 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə” üzrə 559.04 manat ödənilməmiş hissə və 55.96 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 22 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqavilə”yə əsasən “LG Led” markalı televizoru satın almış, 22 noyabr 2021-ci tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “LG Led 32LM6350” markalı televizoru Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 oktyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22 noyabr 2021-ci tarixli ******* nömrəli “Müqaviləyə” əsasən “LG Led” markalı televizornu üçün 33 manat ödənilməmiş hissə və 3 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 27 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 22 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “LG Led” markalı televizoru 840.24 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 281.20 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 22 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 55.96 manat məbləğində cərimə azaldılaraq 0.96 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 22 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “LG Led” markalı televizor üçün 560 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumununun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən “LG Led” markalı televizor üçün 560 manat borcu və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar