Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-661/2023 28.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 sentyabr 2021-ci il tarixli 24061735 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “HOFFMANN” markalı soyuducu üçün 1217 manat borc və ödənilmiş 32.17 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2021-ci tarixli 24061735 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 64.80 manat ödəməklə 24 ay müddətinə 1 ədəd “HOFFMANN” markalı soyuducunu 1620.20 manata satın almışdır. Cavabdeh tərəfindən 514 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 03 sentyabr 2021-ci tarixli 24061735 nömrəli “Müqavilə” üzrə 1106.20 manat ödənilməmiş hissə və 110.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 03 sentyabr 2021-ci tarixli 24061735 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2021-ci il tarixli 24061735 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 64.80 manat ödəməklə 24 ay müddətinə alqı-satqı qiyməti 1620.20 manat olan 1 ədəd “HOFFMANN” markalı soyuducunu satın almış və “HOFFMANN NF-177SD” markalı soyuducu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 28 sentyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 sentyabr 2021-ci il tarixli 24061735 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “HOFFMANN” markalı soyuducu üçün 1106.20 manat ödənilməmiş hissə və 110.80 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 29 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 32.17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 03 sentyabr 2021-ci il tarixli 24061735 nömrəli müqaviləyə əsasən 1 ədəd “HOFFMANN” markalı soyuducunu 1620.20 manata satın almışdır. Cavabdeh tərəfindən 514 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 03 sentyabr 2021-ci il tarixli 24061735 nömrəli “Müqavilə” üzrə 1106.20 manat ödənilməmiş hissə və 110.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 03 sentyabr 2021-ci il tarixli 24061735 nömrəli müqavilə üzrə hesablanmış 110.80 manat məbləğində cərimə azaldılaraq 0.80 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 sentyabr 2021-ci il tarixli 24061735 nömrəli müqaviləyə əsasən 1 ədəd “HOFFMANN” markalı soyuducu üçün 1107 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 32.17 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 sentyabr 2021-ci il tarixli 24061735 nömrəli müqaviləyə əsasən 1 ədəd “HOFFMANN” markalı soyuducu üçün 1107 manat borc və ödənilmiş 29 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-661/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-661/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver