Məhkəmə qərarları › İş №e-2(030)-662/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-662/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-662/2023 28.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SONY” markalı musiqi mərkəzi və 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı kondisioner üçün 3841 manat borc və ödənilmiş 58.41 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 116.44 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SONY” markalı musiqi mərkəzini 2245.92 manata satın almışdır. 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 77.58 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı kondisioneri 1436.44 manata satın almışdır. Cavabdehin MMC-yə 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli “Müqavilə” üzrə 2095.92 manat ödənilməmiş hissə, 209.08 manat cərimə borcu və 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli “Müqavilə” üzrə 1396.44 manat ödənilməmiş hissə və 139.56 manat cərimə borcu olmaqla, ümumilikdə 3841 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 116.44 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 2245.92 manat olan 1 ədəd “SONY” markalı musiqi mərkəzini satın almış və 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli müqaviləyə əsasən 1 ədəd “SONY V90DW Muteki high power audio” markalı musiqi mərkəzi Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 77.58 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1436.44 manat olan 1 ədəd "xxxx" markalı kondisioneri satın almış və 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli müqaviləyə əsasən 1 ədəd “GREE GWH12AGB-K6DNA1B” markalı kondisioner Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 30 sentyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09 avqust 2022-ciil tarixli 13411511 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SONY” markalı musiqi mərkəzi üçün 2095.92 manat ödənilməmiş hissə və 209.08 manat cərimə borcu, 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı kondisioner üçün 1396.44 manat ödənilməmiş hissə və 139.56 manat cərimə borcu olmaqla, ümumilikdə isə 3841 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 58.41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli müqaviləyə əsasən 1 ədəd “SONY” markalı musiqi mərkəzini 2245.92 manata və 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı kondisioneri 1436.44 manata satın almışdır. Cavabdehin MMC-yə 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli “Müqavilə” üzrə 2095.92 manat ödənilməmiş hissə və 209.08 manat cərimə borcu, 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli “Müqavilə” üzrə 1396.44 manat ödənilməmiş hissə və 139.56 manat cərimə borcu olmaqla, ümumilikdə 3841 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 190 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli müqavilə üzrə hesablanmış 209.08 manat məbləğində cərimə azaldılaraq 0.08 manat, 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli müqavilə üzrə hesablanmış 139.56 manat məbləğində cərimə azaldılaraq 0.56 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli müqavilə üzrə 2096 manat və 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli müqavilə üzrə 1397 manat, ümumilikdə 3493 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 58.41 manat məbləğində dövlət rüsumunun 53 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 09 avqust 2022-ci il tarixli 13411511 nömrəli müqavilə üzrə 2096 manat, 22 iyul 2022-ci il tarixli 03541733 nömrəli müqavilə üzrə 1397 manat borcun və ödənilmiş 53 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar