Məhkəmə qərarları › İş №e-2(030)-674/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-674/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-674/2023 22.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 dekabr 2022-ci tarixli 16401587 nömrəli “Müqaviləyə” əsasən “Blackview” markalı mobil telefon üçün 342 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 372 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 26 oktyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2022-ci tarixli 16401587 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 25.90 manat ödəməklə 12 ay müddətinə “Blackview” markalı mobil telefonu 324.80 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 14 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 05 dekabr 2022-ci tarixli 16401587 nömrəli “Müqavilə” üzrə 310.80 manat ödənilməmiş hissə və 31.20 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 05 dekabr 2022-ci tarixli 16401587 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2022-ci tarixli 16401587 nömrəli “Müqavilə”yə əsasən “Blackview” markalı mobil telefonu satın almış, 05 dekabr 2022-ci tarixli 16401587 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********44906 olan “Blackview A70 3/32GB DUAL SİM FANTASY BLACK” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 02 oktyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 dekabr 2022-ci tarixli 16401587 nömrəli “Müqaviləyə” əsasən “Blackview” markalı mobil telefonu üçün 310.80 manat ödənilməmiş hissə və 31.20 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 03 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 05 dekabr 2022-ci il tarixli 16401587 nömrəli müqaviləyə əsasən “Blackview” markalı mobil telefonu 324.80 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 14 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 05 dekabr 2022-ci tarixli 16401587 nömrəli üzrə hesablanmış 31.20 manat məbləğində cərimə azaldılaraq 0.20 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 05 dekabr 2022-ci il tarixli 16401587 nömrəli müqaviləyə əsasən “Blackview” markalı mobil telefon üçün 311 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 dekabr 2022-ci il tarixli 16401587 m nömrəli müqaviləyə əsasən “Blackview” markalı mobil telefon üçün 311 manat borcu və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar