Məhkəmə qərarları › İş №e-2(030)-675/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-675/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-675/2023 22.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 oktyabr 2022-ci il tarixli 03382485 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “TCL 20B” markalı mobil telefon üçün 570 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 27 oktyabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2022-ci tarixli 03382485 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 43.17 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “TCL 20B” markalı mobil telefonu 518.04 manata satın almışdır. Cavabdeh tərəfindən heç ödəniş edilməmişdir. Cavabdehin MMCyə 24 oktyabr 2022-ci tarixli 03382485 nömrəli “Müqavilə” üzrə 518.04 manat ödənilməmiş hissə və 51.96 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 24 oktyabr 2022-ci tarixli 03382485 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli 03382485 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 43.17 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 518.04 manat olan 1 ədəd “TCL 20B” markalı mobil telefonu satın almış və İMEİ kodu **********35793 olan “TCL 20B 6159K 4GB/64GB Space Gray” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 05 oktyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 oktyabr 2022-ci il tarixli 03382485 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “TCL 20B” markalı mobil telefon üçün 518.04 manat ödənilməmiş hissə və 51.96 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 07 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 24 oktyabr 2022-ci il tarixli 03382485 nömrəli müqaviləyə əsasən 1 ədəd “TCL 20B ” markalı mobil telefonu 518.04 manata satın almışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehin MMC-yə 24 oktyabr 2022-ci il tarixli 03382485 nömrəli “Müqavilə” üzrə 518.04 manat ödənilməmiş hissə və 51.96 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 24 oktyabr 2022-ci il tarixli 03382485 nömrəli müqavilə üzrə hesablanmış 51.96 manat məbləğində cərimə azaldılaraq 0.96 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24 oktyabr 2022-ci il tarixli 03382485 nömrəli müqaviləyə əsasən 1 ədəd “TCL 20B ” markalı mobil telefon üçün 519 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 oktyabr 2022-ci il tarixli 03382485 nömrəli müqaviləyə əsasən 1 ədəd “TCL 20B” markalı mobil telefon üçün 519 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar