Məhkəmə qərarları › İş №e-2(030)-677/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-677/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-677/2023 22.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 noyabr 2020-ci tarixli 22052280 nömrəli “Müqaviləyə” əsasən “Samsung” markalı paltaryuyan üçün 33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 63 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2020-ci tarixli 22052280 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 45.10 manat ödəməklə 18 ay müddətinə “Samsung” markalı paltaryuyanı 811.80 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 781.80 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 17 noyabr 2020-ci tarixli 22052280 nömrəli “Müqavilə” üzrə 30 manat ödənilməmiş hissə və 3 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 17 noyabr 2020-ci tarixli 22052280 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2020-ci tarixli 22052280 nömrəli “Müqavilə”yə əsasən “Samsung” markalı paltaryuyanı satın almış, 17 noyabr 2020-ci tarixli 22052280 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung WF60FTR2E2SDLP Gümüşü” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 oktyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17 noyabr 2020-ci tarixli 22052280 nömrəli “Müqaviləyə” əsasən “Samsung” markalı paltaryuyannu üçün 33 manat ödənilməmiş hissə və 3 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 07 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 17 noyabr 2020-ci il tarixli 22052280 nömrəli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyanı 811.80 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 781.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 17 noyabr 2020-ci il tarixli 22052280 nömrəli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan üçün 33 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17 noyabr 2020-ci il tarixli 22052280 nömrəli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyanı üçün 33 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar