Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-694/2023 24.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 dekabr 2022-ci il tarixli 03523073 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “HONOR X8” markalı mobil telefon üçün 660 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2022-ci tarixli 03523073 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 60 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “HONOR X8” markalı mobil telefonu 750 manata satın almışdır. Cavabdeh tərəfindən 150 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 30 dekabr 2022-ci tarixli 03523073 nömrəli “Müqavilə” üzrə 600 manat ödənilməmiş hissə və 60 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 30 dekabr 2022-ci tarixli 03523073 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli 03523073 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 60 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 750 manat olan 1 ədəd “HONOR X8” markalı mobil telefonu satın almış və İMEİ kodu **********47136 olan “HONOR X8 6159K 6GB/128GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 05 oktyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30 dekabr 2022-ci il tarixli 03523073 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “HONOR X8” markalı mobil telefon üçün 600 manat ödənilməmiş hissə və 60 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 30 dekabr 2022-ci il tarixli 03523073 nömrəli müqaviləyə əsasən 1 ədəd “HONOR X8 ” markalı mobil telefonu 518.04 manata satın almışdır. Cavabdeh tərəfindən 150 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 30 dekabr 2022-ci il tarixli 03523073 nömrəli “Müqavilə” üzrə 600 manat ödənilməmiş hissə və 60 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 30 dekabr 2022-ci il tarixli 03523073 nömrəli müqavilə üzrə hesablanmış 60 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 dekabr 2022-ci il tarixli 03523073 nömrəli müqaviləyə əsasən 1 ədəd “HONOR X8” markalı mobil telefon üçün 661 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 dekabr 2022-ci il tarixli 03523073 nömrəli müqaviləyə əsasən 1 ədəd “HONOR X8” markalı mobil telefon üçün 661 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-694/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-694/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver