Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-695/2023 24.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 yanvar 2023-cü tarixli 13412429 nömrəli “Müqaviləyə” əsasən “İnfinix Zero 20” markalı mobil telefon və vinil mat üçün 1098 manat borc və ödənilmiş 30.98 manat dövlət rüsumu olmaqla, cəmi 372 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2023-cü tarixli 13412429 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 60 manat ödəməklə 12 ay müddətinə “İnfinix Zero 20” markalı mobil telefon və vinil mat aksesuarı 1123.04 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 125 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 04 yanvar 2023-cü tarixli 13412429 nömrəli “Müqavilə” üzrə 998.04 manat ödənilməmiş hissə və 99.96 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 04 yanvar 2023-cü tarixli 13412429 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2023-cü tarixli 13412429 nömrəli “Müqavilə”yə əsasən “İnfinix Zero 20” markalı mobil telefon və vinil mat satın almış, 04 yanvar 2023-cü tarixli 13412429 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********93628 olan “İnfinix Zero 20 8/256GB GOLD” markalı mobil telefon və vinil mat Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 oktyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04 yanvar 2023-cü tarixli 13412429 nömrəli “Müqaviləyə” əsasən “İnfinix Zero 20” markalı mobil telefon və vinil mat üçün 998.04 manat ödənilməmiş hissə və 99.96 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30.98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 04 yanvar 2023-cü il tarixli 13412429 nömrəli müqaviləyə əsasən “İnfinix Zero 20” markalı mobil telefon və vinil mat aksesuarı 1123.04 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 125 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alınaraq 04 yanvar 2023-cü tarixli 13412429 nömrəli müqavilə üzrə hesablanmış 99.96 manat məbləğində cərimə azaldılaraq 0.96 manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04 yanvar 2023-cü il tarixli 13412429 nömrəli müqaviləyə əsasən “İnfinix Zero 20” markalı mobil telefon və vinil mat üçün 999 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30.98 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 yanvar 2023-cü il tarixli 13412429 m nömrəli müqaviləyə əsasən “İnfinix Zero 20” markalı mobil telefon və vinil mat üçün 999 manat borcu və ödənilmiş 28 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-695/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-695/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver