Məhkəmə qərarları › İş №e-2(030)-701/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-701/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-701/2023 05.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 dekabr 2022-ci il tarixli 03552662 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefon, “HOFFMANN” markalı plitə və “SAMSUNG” markalı aspirator üçün 1402 manat borc və ödənilmiş 34.02 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2022-ci tarixli 03552662 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 70.80 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefon, “HOFFMANN” markalı plitə və “SAMSUNG” markalı aspiratoru 1274.40 manata satın almışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehin MMC-yə 21 dekabr 2022-ci tarixli 03552662 nömrəli “Müqavilə” üzrə 1274.40 manat ödənilməmiş hissə və 127.60 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 21 dekabr 2022-ci tarixli 03552662 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli 03552662 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 70.80 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1274.40 manat olan 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefon, “HOFFMANN” markalı plitə və “SAMSUNG” markalı aspiratoru satın almış və 1 ədəd İMEİ Kodu **********78580 olan “SAMSUNG GALAXY A13 DS (SM-A135) 64GB Black” markalı mobil telefon, “HOFFMANN K600s-Gümüşü” markalı plitə və “SAMSUNG NK24M10301B/UR” markalı aspirator Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 23 oktyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 dekabr 2022-ci il tarixli 03552662 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefon, “HOFFMANN” markalı plitə və “SAMSUNG” markalı aspirator üçün 1274.40 manat ödənilməmiş hissə və 127.60 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 24 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 34.02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 21 dekabr 2022-ci il tarixli 03552662 nömrəli müqaviləyə əsasən 1 ədəd SAMSUNG GALAXY A13” markalı mobil telefon, “HOFFMANN” markalı plitə və “SAMSUNG” markalı aspiratoru 1274.40 manata satın almışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehin MMC-yə 21 dekabr 2022-ci il tarixli 03552662 nömrəli “Müqavilə” üzrə 1274.40 manat ödənilməmiş hissə və 127.60 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 21 dekabr 2022-ci il tarixli 03552662 nömrəli müqavilə üzrə hesablanmış 127.60 manat məbləğində cərimə azaldılaraq 0.60 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 dekabr 2022-ci il tarixli 03552662 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefon, “HOFFMANN” markalı plitə və “SAMSUNG” markalı aspirator üçün 1275 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 34.02 manat məbləğində dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 dekabr 2022-ci il tarixli 03552662 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefon, “HOFFMANN” markalı plitə və “SAMSUNG” markalı aspirator üçün 1275 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar