Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-706/2023 05.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “REALME C11” markalı mobil telefon, X5, ekran qoruyucu, “Headset” markalı qulaqlıq və 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon, Akami J Case, ekran qoruyucu üçün 385 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 27.74 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “REALME C11” markalı mobil telefon, X5, ekran qoruyucu, “Headset” markalı qulaqlığı 332.88 manata satın almışdır. 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 32.36 manat ödəməklə 14 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon, Akami J Case, ekran qoruyucusunu 454.54 manata satın almışdır. Cavabdehin MMC-yə 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli “Müqavilə” üzrə 221.38 manat ödənilməmiş hissə, 22.62 manat cərimə borcu və 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli “Müqavilə” üzrə 128.74 manat ödənilməmiş hissə və 12.26 manat cərimə borcu olmaqla, ümumilikdə 385 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 27.74 manat ödəməklə 12 ay müddətinə alqısatqı qiyməti 332.88 manat olan 1 ədəd “REALME C11” markalı mobil telefon, X5, ekran qoruyucu, “Headset” markalı qulaqlığı satın almış və 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********92156 olan “REALME C11 2021 2/32GB Grey” markalı mobil telefon, X5 Realme C11 2021, X4 Realme C11 2021, “Headset Celebrat G4 Black” markalı qulaqlığı markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 32.36 manat ödəməklə 14 ay müddətinə alqı-satqı qiyməti 454.54 manat olan 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon, Akami J Case, ekran qoruyucusunu satın almış və 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********38167 olan “SAMSUNG GALAXY A12 SM- A127 32GB Black” markalı mobil telefon, Akami J Case Samsung A12 Blue, 4D X3 Samsung A12 ekran qoruyucusu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 30 oktyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “REALME C11” markalı mobil telefon, X5, ekran qoruyucu, “Headset” markalı qulaqlıq üçün 221.38 manat ödənilməmiş hissə və 22.62 manat cərimə borcu, 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon, Akami J Case, ekran qoruyucusu üçün 128.74 manat ödənilməmiş hissə və 12.26 manat cərimə borcu olmaqla, ümumilikdə isə 385 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 31 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli müqaviləyə əsasən 1 ədəd “REALME C11” markalı mobil telefon, X5, ekran qoruyucu, “Headset” markalı qulaqlığı 332.88 manata və 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon, Akami J Case, ekran qoruyucusunu 454.54 manata satın almışdır. Cavabdehin MMC-yə 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli “Müqavilə” üzrə 221.38 manat ödənilməmiş hissə və 22.62 manat cərimə borcu, 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli “Müqavilə” üzrə 128.74 manat ödənilməmiş hissə və 12.26 manat cərimə borcu olmaqla, ümumilikdə 385 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 437.30 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli müqavilə üzrə hesablanmış 22.62 manat məbləğində cərimə azaldılaraq 0.62 manat, 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli müqavilə üzrə hesablanmış 128.74 manat məbləğində cərimə azaldılaraq 0.74 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli müqavilə üzrə 222 manat və 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli müqavilə üzrə 129 manat, ümumilikdə 351 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 avqust 2022-ci il tarixli 03551953 nömrəli müqavilə üzrə 222 manat, 12 fevral 2022-ci il tarixli 03371132 nömrəli müqavilə üzrə 129 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-706/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-706/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver