Məhkəmə qərarları › İş №e-2(030)-722/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-722/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-722/2023 13.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 oktyabr 2022-ci tarixli 11232053 nömrəli “Müqaviləyə” əsasən “Toshiba RAS” markalı kondisioner üçün 1374 manat borc və ödənilmiş 33.74 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci tarixli 11232053 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 97.19 manat ödəməklə 18 ay müddətinə “Toshiba RAS” markalı kondisioneri 1759.42 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 510 manat ödəniş edilmişdir. Cavabdehin MMCyə 12 oktyabr 2022-ci tarixli 11232053 nömrəli “Müqavilə” üzrə 1249.42 manat ödənilməmiş hissə və 124.58 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 12 oktyabr 2022-ci tarixli 11232053 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci tarixli 11232053 nömrəli “Müqavilə”yə əsasən “Toshiba RAS” markalı mobil telefonu satın almış, 12 oktyabr 2022-ci tarixli 11232053 nömrəli müqaviləyə əsasən 1 ədəd “Toshiba RAS 13J2KVG” markalı kondisioner Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25 oktyabr 2022-ci tarixli 11232053 nömrəli “Müqaviləyə” əsasən “Toshiba RAS” markalı kondisioner üçün 1249.42 manat ödənilməmiş hissə və 124.58 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 26 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 33.74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12 oktyabr 2022-ci il tarixli 11232053 nömrəli müqaviləyə əsasən “Toshiba RAS” markalı kondisioner 1759.42 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 510 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 12 oktyabr 2022-ci il tarixli 11232053 nömrəli müqavilə üzrə hesablanmış 124.58 manat məbləğində cərimə azaldılaraq 0.58 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 oktyabr 2022-ci il tarixli 11232053 nömrəli müqaviləyə əsasən “Toshiba RAS” markalı kondisioner üçün 1250 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 33.74 manat məbləğində dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 oktyabr 2022-ci il tarixli 11232053 nömrəli müqaviləyə əsasən “Toshiba RAS” markalı kondisioner üçün 1250 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar